ELM VƏ TƏHSİL


İnformasiya Texnologiyaları İnstitutunun 57 elmi əsərindən 18-i nüfuzlu bazalarda yer alıb

Bakı, 8 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda ilin əvvəlindən “Big Data” analitikası, verilənlərin intellektual analizi texnologiyaları, informasiya təhlükəsizliyi, kiberfiziki sistemlərin tədqiqi, bulud texnologiyaları, proqram mühəndisliyinin elmi-nəzəri problemləri, süni intellekt və sosioinformasiya texnologiyaları, elektron təhsilin elmi-nəzəri problemləri və digər prioritet istiqamətlərdə araşdırmalar aparılıb, məqalələr dərc olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi tədqiqatların nəticəsinə görə, nəzərdə tutulmuş 116 məqalədən 31-i xaricdə, 26-sı respublikada olmaqla 57-si nəşr edilib ki, bunlardan da 18-i yüksək istinad indeksli elmi bazalara daxil olub.

Elmmetrik göstəricilərə əsasən elmi əsərlərə son 6 ayda 417, son 5 ildə 4247, ümumilikdə isə 5991 dəfə istinad edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.