ELM VƏ TƏHSİL


İpek Yeniay: “Education 2018” ali məktəblər arasında beynəlxalq əlaqələrin qurulmasında mühüm platformadır

Bakı, 13 oktyabr, AZƏRTAC 

Türkiyənin müxtəlif universitetlərində təhsillərini davam etdirmək istəyən əcnəbilər üçün hər ilin mayında YÖS imtahanı keçirilir. XII Azərbaycan beynəlxalq təhsil sərgisində (Education 2018) təmsil olunmaqda əsas məqsədimiz də azərbaycanlı gəncləri bu imtahan və Manisa Celal Bayar Universiteti barədə məlumatlandırmaqdır.

Bunu AZƏRTAC-a müsahibəsində “Education 2018” sərgisində təmsil olunan Türkiyənin Manisa Celal Bayar Universitetinin nümayəndəsi İpek Yeniay deyib.

Onun sözlərinə görə, Manisa Celal Bayar Universitetinin stendində sərgi iştirakçıları bu ali təhsil ocağının nailiyyətləri, tədris prosesi, nəşr etdirdiyi kitablar, beynəlxalq əlaqələri barədə məlumatlandırılır. Manisa Celal Bayar Universitetinin Azərbaycan beynəlxalq təhsil sərgisində ilk dəfə təmsil olunduğunu bildirən İ.Yeniay deyib: “Hesab edirəm ki, “Education 2018” sərgisi dünyanın müxtəlif ali məktəbləri arasında beynəlxalq əlaqələrin qurulmasında mühüm platformadır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.