REGİONLAR


Lənkəran Dövlət Dram Teatrının kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Lənkəran, 29 mart, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəşəriyyətin bəlasına çevrilmiş COVID-19 koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə sosial həmrəylik nümayiş etdirilməsi barədə nəcib tövsiyələrinə uyğun olaraq irəli sürdüyü təşəbbüsə Lənkəran Dövlət Dram Teatrının kollektivi də qoşulub.

Teatrın direktoru Tofiq Heydərovun AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, martın 29-da rəhbərlik etdiyi kollektivin adından müəyyən miqdarda vəsait ölkə başçısının “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” müvafiq Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb.

“Dünyanı cənginə almış koronavirus pandemiyasının respublikamızın ərazisində yayılmasının qarşısının alınması, vətəndaşlarımızın sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin tapşırıqları əsasında hökumətin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir və bu istiqamətdə üzərimizə düşən vəzifələrin yerinə yetirilməsində əlimizdən gələni əsirgəmirik. İlin sonuna kimi Koronavirusla Mübarizəyə Dəstək Fonduna bacardığımız qədər vəsait köçürməyi qarşımıza məqsəd qoymuşuq,”-deyə Tofiq Heydərov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.