Azərbaycan Dövlət İnformasiya Agentliyi

Leyla Abdullayeva: Bölgədəki atəşkəs şəraitində Fransanın hər hansı rolunu görmürük

Leyla Abdullayeva: Bölgədəki atəşkəs şəraitində Fransanın hər hansı rolunu görmürük

Bakı, 1 iyun, AZƏRTAC

Öncə vurğulamaq istərdik ki, bölgədə atəşkəs təmin edilir və bunun əsasında Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə Bəyanat dayanır. Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri sülhməramlı missiyanı yerinə yetirərək atəşkəsin təmin olunmasına çalışırlar. Bu məsələdə Fransanın hər hansı rolunu görmürük.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa Prezidenti Emmanuel Makronun Ermənistan baş naziri ilə birgə mətbuat brifinqində səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Leyla Abdullayeva bildirib ki, Azərbaycan tərəfi hər zaman bütün hərbi əsirlərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi mövqeyindən çıxış edib. Dəfələrlə bəyan etdiyimiz kimi, Azərbaycanda erməni əsilli hərbi əsir yoxdur, o ki qaldı, üçtərəfli Bəyanat imzalandıqdan sonra 2020-ci il noyabrın 26-da Azərbaycan ərazisinə göndərilən və burada terror aktı törədən diversant qrupun üzvlərinə, habelə mayın 27-də Kəlbəcər rayonu istiqamətində ərazimizə daxil olaraq yolların minalanmasına yönələn təxribatçı fəaliyyət cəhdi göstərən kəşfiyyat-diversiya qrupunun üzvlərinə, onlar hərbi əsir deyillər.

Ermənistan tərəfindən itkin düşmüş erməni əsgərləri ilə bağlı irəli sürülmüş saxta ittihamlarına dair qeyd etmək istərdik ki, bu günlərdə Ermənistanda aşkar edildiyi kimi itkin düşmüş erməni əsgərləri morqların birində soyuducuda saxlanılır və bu da Ermənistanda böyük qalmaqala səbəb olub. Azərbaycan isə öz tərəfindən humanitar prinsiplərdən çıxış edərək 1600-ə yaxın erməni hərbçisinin cəsədlərini tapmışdır və bu prosesdə Rusiya sülhməramlıları və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri iştirak ediblər. Erməni əsgərlərinin cəsədləri qarşı tərəfə təhvil verilib. Lakin hələ 1-ci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-dək azərbaycanlı barədə məlumat bu günədək Ermənistan tərəfindən verilməyib.

Fransa Prezidentinin çıxışında müsəlman abidələrinin də bərpa olunmasına dair fikrini alqışlayırıq. Lakin Fransa Prezidentinin çıxışında istinad etdiyi Dağlıq Qarabağ adı ilə bağlı vurğulamaq istərdik ki, belə bir inzibati ərazi vahidi mövcud deyil.

Çıxışda istinad edilən birbaşa dialoq məsələsinə gəldikdə, bu, artıq baş verir. 2021-ci il yanvarın 11-də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı Bəyanata istinadən Baş nazirlərin müavinləri səviyyəsində görüşlər keçirilir və dialoq mövcuddur. Lakin Fransanın bu prosesdə hər hansı rolu yoxdur.

Delimitasiya və demarkasiya prosesinə gəldikdə, bəyan etdiyimiz kimi, Azərbaycan delimitasiya prosesinə başlamağı dəstəkləyir və bu proses danışıqlar yolu ilə öz həllini tapmalıdır.

Bir daha da qeyd etmək istərdik ki, Azərbaycan hərbçiləri öz doğma torpaqlarında xidmət göstərirlər. Təəssüf hissi ilə qeyd etmək istərdik ki, 1997-ci ildən Fransa həmsədr qismində fəaliyyət göstərsə də Fransa tərəfindən heç zaman Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan torpaqlarından çıxarılması ilə əlaqədar çağırış edilməyib. Baxmayaraq ki, bu, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbi idi.

Sərhəd məsələlərinin müzakirələr yolu ilə həll edilməsinə gəlincə bildirmək istərdik ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllinin daim tərəfdarı olub və 28 il danışıqlar prosesində iştirak edib. Odur ki, Azərbaycan hər zaman müzakirələrə və danışıqlar prosesinə açıqdır.

Fransanın qəti şəkildə regiona qayıtması barədə açıqlama isə anlaşılan deyildir. Fransa həmsədr ölkədir və bu statusda 1997-ci ildən regional proseslərdə iştirak edir. Ona görə də bu açıqlama anlaşılan deyil.

Sirr deyil ki, Fransanın Ermənistana xüsusi rəğbəti vardır, amma Minsk qrupunun həmsədri kimi bu ölkə rəsmi neytrallığını saxlamalıdır. Ümid edirik ki, həmsədrlik mandatına uyğun olaraq Fransa tərəfindən neytral və qərəzsiz mövqe sərgilənəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ankarada Əhməd bəy Ağaoğlunun barelyefi qoyulacaq

Moldovada Azərbaycanda vəkillik institutunun inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verilib

Yunanıstan Aİ-də adambaşına düşən sığınacaq müraciətlərinin sayına görə birinci olub

Moldova səfiri: Şuşanın və Xankəndinin gələcək inkişaf üçün böyük potensialı var

ÜST-nin Baş direktoru: Dünyada hər 4 nəfərdən 1-i təhlükəsiz içməli suya çıxış əldə edə bilmir

Birinci sinfə gecikən uşaqlar üçün elektron qəbul prosesi sentyabrın 16-da yenidən aktivləşəcək

Xorvatiyada 192 mindən çox vətəndaşın bank hesabı borca görə bloklanıb

Paytaxtda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olunub

Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar VİDEO

Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar VİDEO

İnfeksion xəstəliklər üzrə mütəxəssislər Şamaxıda bir araya gəlib VİDEO

İnfeksion xəstəliklər üzrə mütəxəssislər Şamaxıda bir araya gəlib VİDEO

UNEC-də tələbələr üçün myUNEC mobil tətbiqi istifadəyə verilib

Belarus səfiri: Qarabağda “Böyük Qayıdış” Proqramı real və əyani şəkildə həyata keçirilir

Bilik Günündə 522 şagird yerlik Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbi istifadəyə veriləcək

Süni intellekt “Navye-Stoks bərabərliyi” tənliyini həll edib, amma riyaziyyatçılar narahatdır

Nazir: Kəlbəcərdə keçirilən II Bal Festivalında 40-a yaxın stend qurulub

Afina və Buxarest arasında enerji bağlantıları gücləndirilir

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti: Şuşada və Xankəndidə gördüklərim məndə böyük təəssürat yaratdı

Akademik konfransın iştirakçıları işğaldan azad edilmiş ərazilərə səfər ediblər

İraq hökuməti Səudiyyə Ərəbistanına hücumlarla bağlı araşdırma aparır

Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksinə gəliblər VİDEO

Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksinə gəliblər VİDEO

Fəxriyyə Xələfova: “Sıfır tullantı” Azərbaycan moda sənayesi üçün real və davamlı iqtisadi modelə çevrilə bilər

Qərbi Azərbaycan İcmasında Vətən, dəyərlər və gələcək mövzusunda görüş

Suriyada həbsxanada yanğın nəticəsində 7 məhbus həlak olub

Rumıniya bütün ölkə ərazisini əhatə edən genişmiqyaslı hərbi təlim keçirəcək

“Gazelli Art House Baku”da müzakirə: “Mikayıl Abdullayev: Səyahətlər, xatirələr, irs”

“II LCOY Azərbaycan 2026”: Qubada Milli Gənclər Bəyanatı qəbul ediləcək

Bolqarıstanda hərbi sursat anbarlarında güclü partlayışlar baş verib

Səfir: Şuşaya vurulmuşam VİDEO

Səfir: Şuşaya vurulmuşam VİDEO

Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb

BOKT vəsaitlərinin aidiyyəti şəxslərə yönəldilməsinin qarşısının alınması nəzərdə tutulur

Sabahın hava proqnozu açıqlanıb

BOKT öhdəliklərinin kapitala nisbəti üzrə üç hədd müəyyənləşdirilib

Şirvanda oğurluq edən şəxs saxlanılıb

Azərbaycan neftinin qiyməti 120 dolları ötüb

16 yaşadək Azərbaycan basketbol millisi Türkiyədə ikinci yeri tutub

Türk dünyasının ədəbi-mədəni irsi ilə bağlı araşdırmalar təqdim olunub

Bu saata olan əsas xəbərlər

Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu. BDYPİ-dən xəbərdarlıq!

Qərbi Azərbaycan İcmasında bu il ali məktəblərə qəbul olmuş bir qrup gənclə görüş keçirilib

Kəlbəcərin balı və yaylaq mədəniyyəti II Bal Festivalında VİDEO

Kəlbəcərin balı və yaylaq mədəniyyəti II Bal Festivalında VİDEO

Xarici diplomatlar Gəncəsər monastırını ziyarət ediblər VİDEO

Xarici diplomatlar Gəncəsər monastırını ziyarət ediblər VİDEO

“Ulduz” metro stansiyasının qarşısından keçən yola asfalt örtüyü döşənir

DİN: 34 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Bakıda mühüm simpozium: “Altayşünaslığın dünəni, bu günü və sabahı”

Zaqatalada yanğınla bağlı taktiki təlim keçirilib

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Fransada yanacaq bahalaşır: “Sarı jiletlilər” yenidən küçələrə çağırılır

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Sentyabrın 12-si Ümumdünya İlk Tibbi Yardım Günüdür

Bu gün Beynəlxalq Miqrenlə Mübarizə Günüdür

Britaniya Ordusu kəşfiyyat üçün kamuflyajlı atları sınaqdan keçirir

Tramp İrlandiyada Avropa liderləri ilə görüşəcək

Husilər Bab əl-Məndəb boğazındakı Perim adasını ələ keçiriblər

Tramp: Kanada avtomobil sənayesini qorumaq üçün ABŞ ştatına çevrilməlidir

Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatıb

ABŞ Rusiyanı G20 enerji nazirlərinin görüşünə dəvət edib

İsrail və Livan arasında Romada keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb

Səudiyyə Ərəbistanı: Şərq-Qərb neft kəmərinə İraq ərazisindən hücum edilib

İndoneziya sahillərində güclü zəlzələ baş verib

MKİ 11 sentyabr terror hücumları ilə bağlı 71 sənədi açıqlayıb

Husilər: Hava zərbələri nəticəsində son bir həftədə 44 mülki şəxs ölüb

Pezeşkian: İran ABŞ-nin təzyiqi qarşısında təslim olmayacaq

Almaniyada ifrat sağçı siyasətçinin deportasiya ilə bağlı açıqlaması kəskin reaksiyalara səbəb olub

Media: İsrail qüvvələri Dəməşqin qərbindəki kəndi atəşə tutub

Fransanın şimalında qatar relsdən çıxıb, 20 nəfər yaralanıb

Tramp ABŞ-də yetkin şəxslərə 5 min dollar veriləcəyini bir daha təsdiqləyib

Səudiyyə Ərəbistanı Şərq-Qərb neft kəmərində əməliyyatları dayandırıb

“Fox News”: ABŞ qüvvələri İranla gərginlik fonunda gecə əməliyyatlarına hazırlaşır

“Fənərbağça” rəhbərliyi baş məşqçinin istefasını qəbul etməyib

Milix Yevdayevə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub

Şuşada Meksikanın Müstəqilliyi Günü qeyd olunub VİDEO

Şuşada Meksikanın Müstəqilliyi Günü qeyd olunub VİDEO

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

Cəfər Qarayev: Ər-Riyad sərgisi Azərbaycan turizminin təbliği baxımından son dərəcə məhsuldar keçib

Fransada inflyasiyanın ilin sonuna yaxın 3 faizə çatacağı gözlənilir

Prezidentin köməkçisi: Meksikanın Milli Müstəqillik Gününün Şuşada qeyd olunması yeni ənənənin əsasını qoyur VİDEO

Prezidentin köməkçisi: Meksikanın Milli Müstəqillik Gününün Şuşada qeyd olunması yeni ənənənin əsasını qoyur VİDEO

Hikmət Hacıyev: Azərbaycan-Meksika iqtisadi əlaqələrinin inkişafı üçün böyük imkanlar var VİDEO

Hikmət Hacıyev: Azərbaycan-Meksika iqtisadi əlaqələrinin inkişafı üçün böyük imkanlar var VİDEO

Hikmət Hacıyev: Meksikanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır VİDEO

Hikmət Hacıyev: Meksikanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır VİDEO

Azərbaycan və Meksika universitetləri birgə layihələr icra edəcək

Meksika Azərbaycanla investisiya və ticarət mübadiləsini intensivləşdirmək niyyətindədir VİDEO

Meksika Azərbaycanla investisiya və ticarət mübadiləsini intensivləşdirmək niyyətindədir VİDEO

Meksika səfiri: Azərbaycanla siyasi dialoq və institusional təmaslar genişlənib VİDEO

Meksika səfiri: Azərbaycanla siyasi dialoq və institusional təmaslar genişlənib VİDEO

Naxçıvan komandası Türkiyədə keçirilən beynəlxalq turnirin qalibi olub

Bu saata olan əsas xəbərlər

Merkurinin diametrinin 23 kilometrdən çox azaldığı müəyyənləşib

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub

Çimərlik polosu üzrə "See Breeze 2026" beynəlxalq turnirinin yarımfinal cütlükləri bəlli olub VİDEO

Çimərlik polosu üzrə "See Breeze 2026" beynəlxalq turnirinin yarımfinal cütlükləri bəlli olub VİDEO

Elçin Camallı: Ümid edirəm ki, sabahkı görüşdə qələbə qazanaraq finala yüksələrik

® Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsi xəstələrə keyfiyyətli və zamanında xidmət göstərir

Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verilib

Azərbaycanda İqlim Dəyişiklikləri üzrə Gənclərin Lokal Konfransı keçirilir YENİLƏNİB VİDEO

Azərbaycanda İqlim Dəyişiklikləri üzrə Gənclərin Lokal Konfransı keçirilir YENİLƏNİB VİDEO

Omanda Hörmüz boğazı ilə bağlı çoxtərəfli görüş olacaq

® Mərkəzi Gömrük Hospitalında “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi” mövzusunda növbəti təlim təşkil olunub

Sabah Xətai rayonunun 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Qafqaz romantizminin nakam şairi: Nikoloz Barataşvili və Azərbaycan

ABŞ-də 11 sentyabr terror aktlarının 25-ci ildönümü qeyd olunur

Diplomatik korpusun nümayəndələri Şuşada YENİLƏNİB VİDEO

Diplomatik korpusun nümayəndələri Şuşada YENİLƏNİB VİDEO

Azərbaycan komandası çimərlik polosu üzrə "See Breeze 2026" beynəlxalq turnirinə qələbə ilə başlayıb

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib

Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində “Tənzimləmə” İşçi Qrupunun iclası olub

Dövlət Xidməti: Ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə 43 min manatdan çox ziyan dəyib