Məryəm Şeyxəlizadəxangah 100 metr məsafəyə batterflay üsulla üzmə yarışında altıncı yeri tutub
Bakı, 25 iyul, AZƏRTAC
Azərbaycan idmançısı Məryəm Şeyxəlizadəxangah “EYOF Bakı 2019”da 100 metr məsafəyə batterflay üsulla üzmə yarışında altıncı yeri tutub.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz finalda 1 dəqiqə 0.95 saniyə nəticə göstərib. Yarışın qalibi adına rusiyalı Aleksandra Sabitova layiq görülüb. O, finişə 59.07 saniyəyə çatıb. Rəqibindən cüzi fərqlə geri qalan belçikalı Roos Vanotterdyik (59.33 saniyə) gümüş, almaniyalı Amelie Zaxenhuber (1:00.01 saniyə) bürünc medal qazanıblar.
Bu, Rusiya atleti Aleksandra Sabitovanın ikinci çempionluğudur. O, iyulun 23-də qızlar arasında 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında da qızıl medal qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]