MƏDƏNİYYƏT
Milli Konservatoriyanın tələbəsinin klipi təqdim olunub
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan Milli Konservatoriyasında beynəlxalq və respublika müsabiqələri laureatı, konservatoriyanın II kurs tələbəsi İbrahim Babayevin ifa etdiyi “Azərbaycan” adlı əsərin təqdimatı keçirilib.
Konservatoriyadan AZƏRTAC-a bildirilib ki, klip Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.
Tədbirdə ifaçı İbrahim Babayev klipin ərsəyə gəlməsindən danışıb. Rektor, Xalq Artisti Siyavuş Kərimi çıxış edərək yaradıcı heyəti təbrik edib, onlara uğurlar arzulayıb.
Qeyd edək ki, “Azərbaycan” əsərinin müəllifi Lalə Cəfərova, klipin rejissoru isə Məzahir Haşımovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]