DÜNYA


Praqada retro avtomobillərin və motosikletlərin sərgisi açılır

Praqa, 7 iyun, AZƏRTAC

İyunun 8-dən 10-dək Praqada retro avtomobillərin və motosikletlərin Mərkəzi Avropada ən iri sərgisi – “Legendy 2018” keçiriləcək. Sərgiyə gələnlər dünyanın yüzlərlə məşhur avtomobil modellərini, Formula 1 bolidlərini görəcək, həmçinin yürüş, klassik və superavtomobillərin nümayişini izləyəcəklər.

AZƏRTAC xəbər verir ki, əsas hadisələrdən biri bəzi superavtomobillərin, o cümlədən “Pagani Huayra”, “Bugatti Chiron” və “Ferrari F12 TDF”in təqdimatları olacaq. Avtomobil yürüşlərinə həsr olunan nadir fotolar və rəsmlər “Legendy 2018” sərgisinin bir hissəsini təşkil edəcək.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.