Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qənirə Paşayeva: Qubadlı əməliyyatı hərbçilərimizdən fədakarlıq və xüsusi peşəkarlıq tələb edirdi

Qənirə Paşayeva: Qubadlı əməliyyatı hərbçilərimizdən fədakarlıq və xüsusi peşəkarlıq tələb edirdi

Bakı, 25 oktyabr, AZƏRTAC

Qubadlı əməliyyatı 44 günlük Vətən müharibəsinin şanlı səhifəsini təşkil edir.

Azərbaycan Silahlı Qüvvələri 2020-ci ili sentyabrın 27-də başlanan uğurlu hərbi əməliyyatları davam etdirərək, oktyabrın 23-də Qubadlı ərazisinə daxil oldu. Rayonun Zilanlı, Kürdmahruzlu, Muğanlı və Alaqurşaq kəndləri işğalçılardan azad edildi.

Vətən müharibəsinin 29-cu günündə, yəni oktyabrın 25-də Azərbaycan Ordusu Qubadlı şəhərini və rayonun daha bir neçə kəndini azad etdi. Şəhərin azad edildiyini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün tviter hesabından elan etdi. O həyəcanlı günləri yaxşı xatırlayırıq. Prezidentin müharibə dövrü öz sosial media hesablarından etdiyi paylaşımlar, xalqa müraciətlər ən yeni dövr tariximizin unudulmaz “qızıl” səhifələridir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Qubadlı rayonunun Azərbaycan Ordusu tərəfindən cəmi bir neçə günə azad edildiyini diqqətə çatdıran Q.Paşayeva deyib: “Düşmən Qubadlı şəhərində güclü istehkamlar qurmuş, yüksəkliklərdə hərbi birləşmələr yerləşdirmişdi. Qubadlı əməliyyatı hərbçilərimizdən fədakarlıq və xüsusi peşəkarlıq tələb edirdi. Azərbaycanın Silahlı Qüvvələrinin bütün mənsubları yüksək səviyyədə fədakarlıq və qəhrəmanlıq nümayiş etdirdilər.

Qırx dörd günlük müharibə başa çatdıqdan sonra Prezident bir sıra mühüm dövlət təltifləri barədə sərəncam imzaladı. Bu dövlət təltiflərindən biri də “Qubadlının azad olunmasına görə” medalıdır. “Qubadlının azad olunmasına görə” medalı Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçularımıza verilir. Azərbaycan Silahlı Qüvvələrimizin 15 min 189 hərbi qulluqçusu bu medalla təltif olunub”.

Mədəniyyət komitəsinin sədri Qubadlı ərazisində bir çox qala, türbə, körpü və digər maddi mədəniyyət nümunələri, abidələr olduğunu diqqətə çatdırıb. Onların bir çoxu işğal illərində dağıdılıb, zərər görüb, yaxud erməniləşdirilməsinə, özgələşdirilməsinə cəhd olunub. Erməni vandalizmi Qubadlıdan da yan keçməyib: “Qubadlı ərazisində tarixə yoldaşlıq etmiş, qoruq, gözətçi funksiyasını yerinə yetirmiş qalalar mövcud olub. Əliquluuşağı kəndində Göy qala (V əsr), Muradxanlı kəndində "Qalalı" qalası, Xocamisaxlı kəndində Qala və digərləri rayon işğal olunana qədər qalırdı. Xocamisaxlı kəndinin qədim adı Qalacıq olub.

Qubadlı ərazisində tarixin müxtəlif dövrlərində tikilmiş türbələr öz gözəlliyi ilə seçilib. Balahəsənli kəndindəki "Cicimli" ocağı, Dəmirçilər kəndindəki türbə, Gürcülü kəndindəki "İmamzadə", Yazıdüzündəki Cavanşir türbəsi və başqaları buna misaldır”.

Q.Paşayevanın sözlərinə görə, ərazisindən iki bol sulu çay axan Qubadlıda çaylar üzərindən körpülərin salınması zamanın tələbi, təbiətin “sifariş”i olub. Rayon ərazisində üç qədim körpü olub. Körpülərdən ən qədiminin Qarakişilər kəndindəki "Sınıq körpü" olduğu bilinir. Digər iki körpü -Azərbaycan Mədəniyyət Nazirliyi tərəfındən qeydə alınmış Laləzar və Hacı Bədəl körpüsü bir qədər sonrakı dönəmə aiddir: maraqlı arxitekturası olan Laləzar (1867) və Hacı Bədəl körpüləri XIX əsrə aiddir. Hər iki körpü rayon işğal olunana qədər öz funksiyasını gərəyincə yerinə yetirirdi. - “İşğal olunanadək” deyirik, çünki erməni işğalçılarının ayağı hara dəyibsə, orada mədəniyyət, insanlıq qeybə çəkilib... Körpü mədəniyyət deməkdi, körpü xeyirxahlıq deməkdi - ermənilər üçünsə bunlar yad anlayışlar olub...

Qubadlının işğaldan azad edilməsi tarixi hadisəydi. Qubadlı şəhərinin azad edilməsinin Zəfərimizi daha da yaxınlaşdırdığı öz təsdiqini tapmış hadisədir.

“Qubadlının azad olunmasından bir il ötür. 30 ilə yaxın bu rayona və dövlətimizə vurulan zərəri bərpa etmək çox vaxt alacaq; bir sıra itkilərin yerini doldurmaqsa, sadəcə mümkünsüzdür. Ermənistan işğalı zamanı Qubadlıda 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.

Ermənistan Qubadlı rayonunun Xanlıq qəsəbəsində qanunsuz məskunlaşma aparmışdı. Livandan və digər xarici ölkələrdən gətirilən haylar burada qanunsuz yollarla yerləşdirilmişdi. Bu, özü bir müharibə cinayətdir.

Hər kəs bilir ki, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşma aparmaq cinayətdir - işğalın nəticələrindən sui-istifadə halıdır”.

Q.Paşayeva vurğulayıb ki, maddi ziyan bir şəkildə aradan qaldırılacaq, amma təəssüf ki, bunu mənəvi ziyan barədə demək mümkün deyil: “Bəs 27 illik işğalın mənəvi ziyanlarını tezliklə aradan qaldırmaq necə mümkün olacaqmı? İşğalçı ölkə bunun üçün nə kimi öhdəliklər götürür? Hələ ki, etiraf və öhdəlik yerinə revanşist çağırışlar daha çox eşidilir ki, bunun da ilk növbədə (adı üstündə “uğursuz dövlət” olan) Ermənistana ziyanı olacaq. Azərbaycanın “Dəmir yumruğ”u yerindədir. Bunu gərək Ermənistanda unutmasınlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər