REGİONLAR


Quba rayonunda vətəndaşların müraciətləri dinlənilib

Quba, 23 may, Elxan Yusifli, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulları keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli ilə bağlı müvafiq tədbirlər görülür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 23-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Quba rayonundakı Heydər Əliyev Mərkəzində vətəndaşların müraciətlərini dinləyib. Görüşdə Quba və Qusar rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılıb.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Sonra Quba və Qusar rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılıb. Vətəndaşların müraciətləri əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və bir sıra digər məsələlərlə bağlı olub.

Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə dinlənilib, ərizələri qəbul edilərək, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.