Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Regional liderlikdən, qlobal liderliyə doğru

Regional liderlikdən, qlobal liderliyə doğru

Bakı, 2 iyun, AZƏRTAC

Ölkəmizin iqtisadi, siyasi qüdrəti, beynəlxalq mövqeyi qlobal layihələrdə iştirakı ilə daha da güclənir. Prezident İlham Əliyevin mükəmməl xarici siyasət kursu birbaşa dövlətimizin inkişafına, ərazi bütövlüyümüzün təminatına, suverenliyimizin güclənməsinə, geopolitik mövqeyimizin yüksəlməsinə xidmət edir.

Bakı Ekspo Mərkəzində Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışı ilə Azərbaycanın iqtisadi qüdrətini dünyaya nümayiş etdirən Prezident İlham Əliyev Kişineuda “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısına qatılması ilə bir daha beynəlxalq diqqəti ölkəmizi cəlb etdi. Çünki hər üç mühüm beynəlxalq tədbirdə Azərbaycan aparıcı və xüsusi mövqeyə sahib dövlət statusunda çıxış edirdi. Siyasi dialoq, əməkdaşlıq, bununla yanaşı, qitənin təhlükəsizliyinin, sabitliyinin təmin olunması baxımından nüfuzlu platforma rolunu oynayan “Avropa siyasi birliyi”nin Zirvə toplantısında ölkəmizin ikinci dəfə təmsil olunması Prezident İlham Əliyevin beynəlxalq nüfuzunun göstəricisi, qlobal liderlik keyfiyyətlərinin təsdiqi idi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Deputat bildirib ki, 50-yə yaxın ölkənin dövlət və hökumət başçılarının qatıldığı sammitdə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi, sülh və təhlükəsizliyin təmin edilməsi əsas müzakirə mövzusunu təşkil edirdi:

“Ölkəmizin xarici siyasət kursuna nəzər yetirdikdə məlum olur ki, Avropa İttifaqına daxil olan ölkələrlə əlaqələr əsas istiqamətlərdən birinə çevrilib. İrimiqyaslı qlobal iqtisadi layihələrini reallaşdırmaqla Avropanın enerji xəritəsini dəyişən Azərbaycan, eləcə də siyasi anlamda da qitənin təhlükəsizliyinə töhfələrini vermək əzmində və gücündədir. Kişineuda keçirilən sammitdə də bu amil bir daha özünü göstərdi. Dövlətimizin gücü, həmçinin dünya tərəfindən Prezident İlham Əliyevin liderliyinin qəbul olunması “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısının açılış mərasimindən sonra keçirilən beştərəfli görüşdə də öz təsdiqini tapdı. Prezident İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Avropa İttifaqının prezidenti Şarl Mişellə, daha sonra Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makronun da qatıldığı qeyri-rəsmi görüşü Cənubi Qafqazda sülhyaratma təşəbbüsləri üçün ciddi müzakirələrin aparıldığı toplantı sayılmalıdır. Bir çox politoloqlar Türkiyənin də bu masada yer almasının vacibliyini önə çəkir. Doğurdan da, həm Qafqazda maraqları olan dövlət kimi, həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında mühüm rol oynayan tərəf kimi Türkiyənin də görüşdə iştirakı vacib sayıla bilər. Eyni zamanda, hər zaman açıq şəkildə Ermənistanın haqsız mövqeyini müdafiə edən Fransa prezidentinin bu toplantıda olması Azərbaycanın strateji müttəfiqi olan Türkiyənin də iştirakını zəruri edirdi. Amma görüşün gedişi, aparılan müzakirələr və ictimaiyyətə verilən açıqlamalar onu göstərir ki, çağdaş dünya siyasi düzəninin az sayda liderlərindən olan Azərbaycan Prezidenti bu format daxilində belə ölkəmizin mövqeyini qəbul etdirmək gücünə və bacarığına malikdir. Belə ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin görüşdən sonrakı bəyanatında qeyd olunan təhlükəsizlik, sərhədlərin delimitasiyası, sülh sazişi ilə bağlı məsələlər tamamilə Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Bununla yanaşı, cənab Mişel Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində bütün müsbət səyləri dəstəkləmək niyyətini də açıq şəkildə ifadə etdi”.

Rəşad Mahmudovun sözlərinə görə, görüşdən sonra Ermənistan baş nazirinin işğal altında olan Azərbaycan kəndlərinin geri qaytarılmasını, ölkəmizin ərazi bütövlüyünü tanımasını detallı ifadə etməsi də onu göstərir ki, Kişineu görüşündə Azərbaycan lideri Zəfər savaşındakı hərbi qələbəni diplomatik müstəvidə davam etdirməkdədir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Prezident Əliyevi və baş nazir Paşinyanı “Avropa siyasi birliyi”nin İspaniyada keçiriləcək növbəti toplantısı çərçivəsində yenidən görüşə dəvət etməsi sülh prosesinin sürətli davam etdirilməsini və Azərbaycanın mövqeyinin qəbul ediləcəyini göstərir.

Deputat qeyd edib ki, son proseslər Azərbaycanın geopolitik mövqelərinin gücləndiyini və dövlətimizin maraqları ilə hər kəsin hesablaşdığını bir daha göstərir. Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət Azərbaycanın regional liderlikdən, qlobal liderliyə keçidini reallaşdırmaqdadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Bakıda kosmos proqramlarının planetin gələcəyindəki rolu müzakirə olunub

Leyla Abdullayeva: Fransanın Ermənistana göstərə biləcəyi ən böyük yardım onu sülh müqaviləsini imzalamağa inandırmaqdır

Rusiya XİN: Zəngəzur dəhlizinin açılması üzərində iş davam edir

Təhsil işçiləri üçün vətəndaş məmnunluğunun artırılması mövzusunda təlimlər keçirilir

Avropa Komissiyası Çin elektromobillərinə qarşı təhqiqata başlayıb

Azərbaycanın U-21 yığması oyunlarını “Azersun Arena”da keçirəcək

AZSTAND növbəti dəfə TürkAK tərəfindən akkreditasiya olunub

AVRO-2032 Türkiyə və İtaliyada keçirilə bilər

DYP mövcud hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Xoşbəxt Bağı oğlu Yusifzadə

® “Unibank” müəllimlər üçün kredit kampaniyası keçirir

ŞƏT-ə üzv ölkələr Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox investisiya qoyub

Dövlət Kukla Teatrının direktoru: Heç zaman məcburən bilet satdırmamışıq - MÜSAHİBƏ

Bolqarıstanın Baş naziri: Şengen zonasına qəbul edilməməyimiz müxalifəti gücləndirəcək

Beynəlxalq Muğam Mərkəzində Aşıq Veysəlin xatirəsi yad olunub

RF XİN İstanbulda ABŞ, Aİ və Rusiya nümayəndələrinin Qarabağla bağlı görüşü haqqında informasiyanı təsdiq edib

“A-hub Akselerasiya Proqramı”nın açılış mərasimi keçirilib

Moskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş sərgi açılacaq

XİN: Ermənistan XİN-in Azərbaycan tərəfindən erməni separatçıların həbsinə dair etiraz bəyanatını qətiyyətlə pisləyirik

Milli Kitabxanada Cəbrayıl Şəhəri Gününə həsr olunmuş ənənəvi kitab sərgisi açılıb

Cəbrayılın azad olunması Ordumuzun zabit və əsgərlərinin şücaətinin nəticəsidir – AÇIQLAMA

Eldar Əzizov: Memarların intellektual əməyinə böyük tələbat var

“Qərbi Azərbaycan aşıqları” adlı şeir antologiyası hazırlanır

Otuz il əvvəl itkin düşən Seyfulla Tairovun Edillidə aşkarlanan nəşinin qalıqları Saatlıda torpağa tapşırılıb

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Fəxri xiyabanda dəfn olunub VİDEO

Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun alimi BDU tələbələri ilə görüşüb

Bakıda dünya çempionu olan koreyalı taekvondoçu Azərbaycan millisinin məşqinə qatılıb

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

® “Birbank Biznes”də yeni “Sürətli kredit” məhsulu istifadəyə verildi

Abşeron yarımadasının bəzi yerlərində leysan yağacağı gözlənilir

Kimya sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb

Çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlandı

Vəli Qasımov: Yaşım artdıqca, daha da cavanlaşdığımı hiss edirəm - MÜSAHİBƏ

Yaşıl mələk kimi

NASA Ayda binalar tikməyi planlaşdırır

Yaponiyada Qara Qarayevin iki əsərindən ibarət kitab çap olunub

Beynəlxalq Astronavtika Konqresində növbəti plenar iclasda Çinin bu sahədə uğurlarından danışılıb

Basketbolçu Maykl Cordan ən varlı 400 amerikalının sırasında yer alıb

Güclü təsir edən maddələri satış məqsədilə qanunsuz hazırlayanlar məsuliyyətə cəlb olunacaqlar

Bilgəh qəsəbəsində Beynəlxalq Ahıllar Günü qeyd edilib

Daşaltıda nəşinin qalıqları tapılan Veysəl Qasımov torpağa tapşırılıb

İsrail silah ixrac edəcəyi ölkələrin siyahısını genişləndirib

Bu il 100 uşaq övladlığa verilib

İndiyədək “Araz Vadisi İqtisadi Zonası” sənaye parkına 10 milyon manata yaxın investisiya yatırılıb

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilir VİDEO

Azərbaycanda ilk dəfə Musiqi forumu keçiriləcək

ADA Universitetinin tələbələri kosmonavtlarla görüşüb

2002-2003-cü illərdə Türkiyənin xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yaşar Yakışdan

BDU-nun doktorantı Türkiyənin Qazi Universitetində tədqiqat aparıb

“Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya” mövzusunda müsabiqəyə start verilib

Birinci Kanalın sabiq redaktoru 8,5 il müddətinə azadlıqdan məhrum olunub

Qütb maye udma zolaqlarının vizuallaşdırılmasının rəqəmsal modeli – tədqiqat

Azərbaycanın qeyri-neft ixracı 10,6 faiz artıb

“Araz-Naxçıvan”ın futbolçusu: Dövrəni major notlarla yekunlaşdırmaq istəyirik

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəyə başlanılır

Sumqayıtda qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Gənclər Kitabxanasında Cəbrayıl Şəhəri Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

VI Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin açılış mərasimi olub

“Məhv olmuş ömür. Narkotikə YOX de!” - AzMİU-da film təqdimatı

XİN: Katrin Kolonnanın Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə rədd edirik

Qadın basketbolçulardan ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

Ukrayna Aİ-yə üzv olacağı təqdirdə 186 milyard avro alacaq

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bakı Bələdiyyə Teatrının təqdimatında “Məhv olmuş gündəliklər” tamaşasının premyerası olub

Oktyabrın 6-da Bakı, Sumqayıt və Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub

OPEC: 2045-ci ilədək bütün enerji növlərinə qlobal tələbat 25 faiz artacaq

IAF-ın icraçı direktoru: Azərbaycanın gələcəkdə də kosmonavtları olacaq – MÜSAHİBƏ

Azərbaycan və Çexiyanın tədqiqat institutları əməkdaşlıq edəcək

Azərbaycan və İran HDQ-ləri arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Bu gün Ümumdünya Heyvanlar Günüdür

Elm və təhsil naziri Şirvanda vətəndaşlarla görüşəcək

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru ilk dəfə UEFA-dan təyinat alıb

Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən ictimai iaşə müəssisəsi aşkarlanıb

“Səudiyyə Kosmik Agentliyi elm haqqında: eksperimentləri və təsirləri araşdırmaq” adlı plenar iclas keçirilib

“Sabah”ın basketbolçusu: Olduqca vacib qələbə qazandıq

Daxili işlər naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Gürcüstanda zəlzələ olub

“Horizon Avropa” həftəsi çərçivəsində ikigünlük düşərgə təşkil edilib

“Əl-Cəzirə”: Ermənilər Qarabağın şəhər və kəndlərini talan edib

FHN: Ötən sutka 8 nəfər xilas edilib, bir nəfərin meyiti aşkarlanıb

Nəsimi rayonunda məktəbin yaxınlığında narkotik vasitə satan şəxs saxlanılıb

İcma: Fransanın XİN başçısının son açıqlamaları rəsmi Parisin Ermənistanı revanşizmə sövq etdiyini göstərir

Dünya çempionatı: İlk gündə Azərbaycanın beş cüdoçusu mübarizə aparacaq

® “ADORE” şirkəti beynəlxalq TFWA parfümeriya sərgisində

Macarıstanda təhsil üçün “Stipendim Hungaricum in Azerbaijan” layihəsinə start verilib

Şabranda 100 kilometrdən artıq torpaq kanal betonla əvəzlənib

“İraq-Türkman folklor mühitinin çağdaş durumu” - Folklor İnstitutunda elmi seminar

AFFA rəsmisi Avropa çempionatının seçmə mərhələ oyununa təyinat alıb

Müəllim ömrü - ADPU-da tədbir

“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayır

Sumqayıtda mübahisə bıçaqlanma ilə nəticələnib

Faktiki hava: Bəzi yerlərdə intensiv və güclü yağış yağıb

® Quba-Xaçmaz bölgəsindəki sahibkarlara yeni imkanlar təqdim olundu

Çempionlar Liqası: Bu gün qrup mərhələsində daha 8 oyun keçiriləcək

Dövlət Xidməti: Ermənistan erməni sakinlərinin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasına maneə olur

Bu gün görkəmli bəstəkar Tofiq Quliyevin anım günüdür

ABŞ hökuməti kosmik tullantıları Yerin orbitinə atanlara qarşı sərt tədbirlər görür

NİİM: Yolayrıcında avtomobillər üçün yaranan qəza şəraiti və nəqliyyat sıxlığı aradan qalxacaq

Metodik işin səmərəli təşkilinə dair toplantılar yekunlaşıb

"Sabah" basketbol klubunun baş məşqçisi: Fasilədə verdiyimiz qərarlar özünü doğrultdu