Rusiyada qəzet və jurnal satışı 45 faizədək azalıb
Moskva, 14 yanvar, AZƏRTAC
2014-2019-cu illər ərzində Rusiyada qəzet və jurnal satışı 45 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Çap Sənayesi Müəssisələri İttifaqı məlumat yayıb. Qeyd olunub ki, qəzet və jurnalların həm pərakəndə satışı, həm də onlara abunənin sayı aşağı düşüb. Kompüter, avtomobil, interyer və dizayn sahələrinə aid, eləcə də xəbər nəşrlərinə maraq tamamilə azalıb.
Məlumatda deyilir ki, Rusiyada qəzet kiosklarının sayı 41 min ədəd azalıb, onların əvəzinə mağazalarda mətbuat satışı stendləri yaradılıb.
İttifaqın prezidenti Ruslan Novikovun sözlərinə görə, artıq çap KİV-lərinin dövrü arxada qalıb, indi yalnız nəşriyyat biznesi inkişaf edir. Hazırda Rusiyada rəqəmsal məkanda ilk onluğa daxil olan informasiya resurslarının hamısı əvvəllər çap versiyasında çıxan KİV-lərdir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:07]
Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib
- 01.10.2026 [20:35]
Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək
- 01.10.2026 [20:15]
Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib
- 01.10.2026 [20:04]
Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma
- 01.10.2026 [19:51]