ÜMUMÇİN HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASININ NÜMAYƏNDƏ HEYƏTİ BAKIYA GƏLƏCƏKDİR
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) dəvəti ilə 2003-cü il sentyabrın 14-dən 17-dək Ümumçin Həmkarlar İttifaqları Federasiyası sədrinin müavini Xu Xiçenqin rəhbərliyi ilə nümayəndə heyəti respublikamızda səfərdə olacaqdır.
AHİK-in təşkilat işləri və məlumat şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, səfər zamanı çinli qonaqların Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və sahə həmkarlar ittifaqları respublika komitələrinin rəhbərləri ilə görüşləri nəzərdə tutulmuşdur. Görüşlərdə Ümumçin Həmkarlar İttifaqları Federasiyası ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında yaranmış dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi yolları müzakirə olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]