İDMAN


Üçüncü “Raquf Orucov Kuboku”nun qalibi müəyyənləşib

Bakı, 17 aprel, AZƏRTAC

Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi, “Judo Club 2012” idman klubunun təşkilatçılığı ilə keçirilən üçüncü “Raquf Orucov Kuboku” beynəlxalq turniri başa çatıb.

AZƏRTAC xəbər verir ki, yaşı 21-dək (U-21) cüdoçulardan ibarət komandalar arasında keçirilən turnirdə Azərbaycan, Rusiya, Gürcüstan və Qazaxıstandan ümumilikdə 17 komanda iştirak edib.

Üçüncü “Raquf Orucov Kuboku”nun qalibi Gürcüstan komandası olub. İkinci yeri “Judo Club 2012” idman klubunun “Judo Club-1” komandası tutub. Üçüncü yerlərə isə Rusiyanın “Mahaçqala” və “Qroznı” komandaları layiq görülüb.

Birinci yeri tutmuş komandaya kubok, digər komandalara diplomlar və pul mükafatları təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.