İDMAN


V İslamiada: Bədii gimnastlarımız daha bir qızıl medala sahib olublar

Konya, 13 avqust, Səxavət Quliyev, AZƏRTAC

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət bədii gimnastika üzrə qrup hərəkətləri komandamız V İslamiadanın çoxnövçülük yarışlarında qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, qrup hərəkətləri komandamızın 3 lent və 2 topla çıxışı 32,750, 5 halqa ilə proqramı isə 29,950 xalla qiymətləndirilib.

İki çıxışın cəmində 62,700 xal toplayan qrup hərəkətləri komandamız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Özbəkistan 62,550 xalla gümüş, Qazaxıstan isə 53,750 xalla bürünc medala sahib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.