Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vaşinqtondakı “Atlantik Şurası” Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə onlayn-seminar keçirib

Vaşinqtondakı “Atlantik Şurası” Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə onlayn-seminar keçirib

Vaşinqton, 26 yanvar, AZƏRTAC

Vaşinqtonda fəaliyyət göstərən ən nüfuzlu “beyin mərkəzləri”ndən biri - “Atlantik Şurası” (“Atlantic Council”) Ermənistan-Azərbaycan müharibəsinin yekunlarına və münaqişədən sonrakı dövrdə regional əməkdaşlığın perspektivlərinə həsr edilmiş onlayn-seminar keçirib.

AZƏRTAC xəbər verir ki, moderatoru “Atlantik Şurası” nəzdində Avrasiya Mərkəzinin direktoru, ABŞ-ın Ukraynadakı sabiq səfiri Con Herbst olan tədbirdə mərkəzin və auditoriyanın suallarını Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev cavablandırıb.

Hikmət Hacıyev deyib ki, Ermənistan ilə Azərbaycan arasında 44 günlük müharibə nəticəsində Yerevanın son 26 ildə sui-istifadə etdiyi qondarma “status-kvo” ləğv edilib və bundan sonra Cənubi Qafqazda qarşıdurma əməkdaşlığa və regional inteqrasiyaya transformasiya olunmalıdır. Prezidentin köməkçisi 2020-ci ilin sentyabr ayında hərbi əməliyyatlara hansı tərəfin başlaması barədə suala cavab verərək qeyd edib ki, sonuncu silahlı münaqişənin səbəblərini aydınlaşdırmaq üçün müharibəyə gətirib çıxarmış şəraiti nəzərdən keçirmək lazımdır. Ermənistan və Azərbaycan liderlərinin Düşənbədəki görüşündən sonra Prezident İlham Əliyev xoş məram nümayiş etdirərək Ermənistanın baş nazirinin Dağlıq Qarabağ münaqişəsini Ermənistanda sabitlik yaradılandan sonra nizamlamaq məsələsinə qayıtmasına icazə verib, lakin Ermənistanın baş naziri bu xoş münasibətdən sui-istifadə edib və sonradan millətçi bəyanatlarla çıxış etməyə başlayıb, o cümlədən Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərinin gedişində “Arsax” (Qarabağ - AZƏRTAC) Ermənistandır və nöqtə” deyib. Paşinyanın bu cür absurd bəyanatlarından əlavə, Ermənistanın müdafiə naziri Tonoyan ABŞ-da erməni diasporu ilə görüşündə Ermənistanın “yeni ərazilər uğrunda yeni müharibə” doktrinasını bəyan edib. Bütün bu bəyanatlar, üstəlik ötən ilin iyul ayında Tovuz rayonunda erməni tərəfinin silahlı təxribatları, Azərbaycanın mülki obyektlərinin və Azərbaycan Ordusunun mövqelərinin sentyabr ayında məqsədyönlü şəkildə artilleriya atəşinə tutulması Azərbaycan Ordusunun BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirmək və Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etmək məqsədilə bütün cəbhəboyu əks-hücumuna gətirib çıxardı.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, münaqişənin silahlı fazasında Azərbaycan dəfələrlə hərbi əməliyyatları dayandırmağa hazır olduğunu bildirib, bu şərtlə ki, Ermənistan erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması qrafikini dərhal təqdim etsin. Lakin belə olmadı və nəhayət, noyabr ayında Şuşa şəhəri və Azərbaycanın digər əraziləri azad ediləndən sonra Ermənistan Bakının şərtlərini qəbul etməyə məcbur oldu.

Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan RF sülhməramlı kontingenti ilə “açıq dialoqu və kommunikasiyanı” dəstəkləyir, bu kontingentin nümayəndələri “öz işini peşəkar səviyyədə yerinə yetirir”. Azərbaycan Prezidentinin köməkçisi erməni hərbi əsirləri barədə sualın cavabında bəyan edib ki, noyabrın 9-da məlum bəyanat imzalanandan sonra Azərbaycanın dövlət sərhədini keçmiş 62 nəfər silahlı erməninin məqsədi Azərbaycan mövqelərinə hücum etmək idi, onlar hətta özləri ilə müəyyən texnika da götürmüşdülər. Bu şəxslər hərbi əsir deyil, onlar əsirlərin digər kateqoriyasına aiddir. Bəyanat imzalanandan sonra Azərbaycan təqribən 1200 erməni hərbi qulluqçusunun cəsədini erməni tərəfinə qaytarıb.

Prezidentin köməkçisi seminarın erməni iştirakçılarına xatırladıb ki, Birinci Qarabağ müharibəsindən sonra 4000-dən çox azərbaycanlı hələ də itkin düşmüş hesab edilir və Ermənistan bu şəxslər barədə məlumat təqdim etməlidir.

Onlayn-seminarın gedişində Hikmət Hacıyev auditoriyaya münaqişənin başlanması barədə, o cümlədən keçmiş SSRİ-nin müəyyən dairələri tərəfindən təşkil olunmuş və etnik erməni Eduard Qriqoryan kimi cinayətkarlar tərəfindən icra edilmiş Sumqayıt hadisələri barədə də məlumat təqdim edib. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və həmin ərazilərdə yenidənqurma, azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qaytarılması planı da müzakirə edilib.

Diqqətə çatdırılıb ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan ermənilər ölkəmizin tamhüquqlu vətəndaşlarıdır və Azərbaycan qanunlarının, onun Konstitusiyasının aliliyini qəbul etməyə borcludurlar.

Hikmət Hacıyev münaqişədən sonrakı dövrdə ATƏT-in Minsk qrupunun rolu barədə suala cavab verərək deyib ki, Minsk qrupu iki tərəf arasında etimadın möhkəmlənməsi tədbirlərinin müəyyən olunmasına kömək edə bilər.

Azərbaycan Prezidentinin köməkçisi sonda bəyan edib ki, Amerika şirkətləri Azərbaycanın Qarabağ regionunun infrastrukturunun bərpasına investisiyalar qoymaq və bu işlərdə iştirak etmək yolu ilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və regional inteqrasiyaya öz töhfələrini verə bilər.

AZƏRTAC-ın Vaşinqton bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Azərbaycan Hava Yollarının Moskva istiqamətində bir sıra reysləri müvəqqəti dayandırılıb

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər