Yunan-Roma güləşçilərimiz dünya çempionatında iki medal qazanıblar
Bakı, 21 avqust, AZƏRTAC
Rusiyanın Ufa şəhərində keçirilən gənc güləşçilərin dünya çempionatında yunan-Roma güləşi üzrə millimiz iki medal qazanıb.
AZƏRTAC xəbər verir ki, güləşçimiz Elmir Əliyev (55 kq) səkkizdəbir final mərhələsində iranlı həmkarı ilə gərgin mübarizə şəraitində keçən görüşdə minimal fərqlə uduzub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşə çıxıb və Türkiyə idmançısına qalib gəlib. Həlledici qarşılaşmada Qazaxıstan təmsilçisinə də gücünü göstərən E.Əliyev dünya çempionatının bürünc medalını boynundan asıb.
Millimizin üzvü Sərxan Məmmədov (130 kq) ilk görüşdə iranlı rəqibini minimal fərqlə üstələyib. S.Məmmədov polşalı güləşçiyə də gücünü göstərərək yarımfinala adlayıb. Yunanıstan təmsilçisi ilə gərgin keçən mübarizədən də qalib ayrılan S.Məmmədov finala yüksəlib. Birinci yer uğrunda görüşdə son Avropa çempionu ilə qarşılaşan güləşçimiz türkiyəli rəqibinə məğlub olub və dünya çempionatının gümüş medalını qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [13:36]
Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub
- 10.05.2026 [07:00]
“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışı start götürür
- 10.05.2026 [06:34]
Premyer Liqa: "Turan Tovuz" və "Neftçi"nin ev sınağı
- 10.05.2026 [04:28]
Mahir Emreli baş məşqçiyə görə Almaniya klubundan ayrılır
- 10.05.2026 [02:59]
Lionel Messi MLS-in tarixinə düşüb
- 10.05.2026 [00:44]
“Qalatasaray” 26-cı dəfə Türkiyə çempionu olub
- 09.05.2026 [22:02]
Premyer Liqa: "Sumqayıt" "Araz-Naxçıvan"a qalib gəlib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Livan: İsrailin hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 2795-ə çatıb
- 09.05.2026 [22:59]
Putin Ermənistanın Avropanı seçəcəyi təqdirdə “sivil ayrılmağı” təklif edib
- 09.05.2026 [22:58]
NDU tələbələrinin İğdır Universitetində təcrübə proqramı uğurla yekunlaşıb
- 09.05.2026 [22:25]
Premyer Liqa: "Sumqayıt" "Araz-Naxçıvan"a qalib gəlib
- 09.05.2026 [22:02]
Milli yaddaşın izi ilə: Aşıq Ələsgər irsi ilə bağlı layihəyə başlanılıb
- 09.05.2026 [21:59]
İsrailin Livana hava zərbəsi: 9 ölü, 15 yaralı
- 09.05.2026 [21:36]
Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 5 medal qazanıblar
- 09.05.2026 [21:22]
Ali təhsildə təcrübə: Özbəkistan və Qazaxıstan alimləri Qubada
- 09.05.2026 [21:12]
ADPU-nun Quba filialında tələbələrin lokal instrumental ansamblı yaradılır
- 09.05.2026 [20:35]