® “AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olunub
“ABB İnnovasiya”, “Mastercard” və ADA Universitetinin birgə təşkil etdiyi “AI Startup Challenge” müsabiqəsi uğurla baş tutub.
Süni intellekt sahəsində innovativ ideyaların və texnoloji həllərin bir araya gətirilməsi məqsədi daşıyan yarışda iştirak üçün 200 komanda müraciət edib. Onlardan 40-ı seçim mərhələsini keçərək finalda iştirak haqqı qazanıb. Müsabiqə zamanı komandalar real sektor problemlərinə yönəlmiş AI əsaslı layihələrini yerli və xarici ekspertlərdən ibarət münsiflər heyətinə təqdim ediblər.
Müsabiqədə ilk 3 yeri “Granslate”, “Agentixa” və “Innoroom” komandaları tutub. Həmin komandalar 5000, 3000 və 2000 manat məbləğində mükafat qazanıblar. Eyni zamanda ilk 20 komanda “ABB İnnovasiya”nın preinkubasiya proqramına keçid və “Mastercard Sandbox” platformasına çıxış imkanı qazanıb.
“ABB İnnovasiya” süni intellektin real sektorlara inteqrasiyasını dəstəkləmək, yerli texnoloji komandaların inkişafına töhfə vermək və beynəlxalq potensiallı layihələri önə çıxarmaq məqsədilə belə təşəbbüsləri davam etdirmək niyyətindədir.
“ABB İnnovasiya”nın yeni imkanları haqqında ətraflı məlumatları buradan əldə edə bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.