CƏMİYYƏT
® Azərbaycanın hər bölgəsində yaxın və qənaətli qonşunuz!


Azərbaycanın hər bölgəsində yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsi 2016-cı ildə ölkəmizin pərakəndə satış bazarına daxil olub.
Şirkətin yaranmasında əsas hədəf gündəlik tələbat məhsullarını mümkün olan aşağı qiymət və yüksək keyfiyyətlə alıcılara təqdim etməkdir. Günü-gündən böyüyən “OBA” marketlər şəbəkəsi hətta ən ucqar nöqtələrdə belə xalqımıza xidmət göstərir.
1200-dən çox filialı, 6000-dən çox əməkdaşı olan “OBA” müştərilərinə mehriban, asanlıqla əldə edilə bilən və yüksəkkeyfiyyətli alış-veriş təcrübəsi təqdim etməyi qarşısına məqsəd qoyub.
“OBA” müştəri məmnuniyyətini öz diqqət mərkəzində saxlayır və hər bir filialı müştərilərinin ehtiyac və gözləntilərini başa düşmək, qarşılamaq üçün açır. Müştərilərin ixtiyarına verilən hər filial sürətli və etibarlı alış-veriş təcrübəsi təqdim etməyi hədəfləyir. Şirkət sentyabr ayında da regionlarda fəaliyyətini davam etdirib. Belə ki, ölkəmizin Neftçala, Salyan, Şirvan, Lənkəran, Goranboy, Bərdə, Masallı, İmişli, Samux və Astara bölgələrində yeni marketlər alıcılarına xoş gəldin deməyə başlayıb.
Yerli kiçik və orta sahibkarlarla sıx əməkdaşlıq edən “OBA” Azərbaycan iqtisadiyyatı və cəmiyyətini dəstəkləyir. Açılan hər bir filial regionlarda yaşayan əhali üçün yeni bir iş imkanı yaradır. Sentyabr ayı ərzində yeni yaradılmış filialların əməkdaşları da daxil olmaqla, “OBA” 247 nəfər vətəndaşın iş yeri ilə təmin olunmasında iştirak edib.
Marketlər şəbəkəsi Azərbaycanın hər bir bölgəsində müştərilərinə keyfiyyətli məhsul və xidmətlər təklif etməklə gündəlik həyatın bir hissəsinə çevrilib.