® “Unibank”ın nümayəndəsi beynəlxalq tədbirdə iştirak edir

“Unibank” Kommersiya Bankının Rəqəmsallaşma üzrə Baş inzibatçısı Səttar Kazımov Lüksemburqda keçirilən “Bankçılıqda Rəqəmsallaşma - Bankınızın Rəqəmsal Transformasiyasına təkan verir” adlı çoxmillətli beynəlxalq maliyyə tədbirində iştirak edir.
Lüksemburqun Banklar Assosiasiyası, Lüksemburq Maliyyə Texnologiyaları Evi (LHoFT), Məlumatların Mühafizəsi üzrə Milli Komissiya və “LuxHub”ın (Açıq Bankçılıqda İnnovativ Maliyyə Texnologiyaları həlləri) birgə təşkilatçılığı ilə Lüksemburqun Maliyyə Texnologiyalarının Ötürülməsi Agentliyi (ATTF) tərəfindən 13-17 noyabr tarixlərində keçirilən seminarda dünya bank sektorunda rəqəmsallaşma və gələcək gözləntilər müzakirə olunur.
Qeyd edək ki, Azərbaycandan tədbirdə iştirak üçün 77 müraciətin arasından ilk mərhələdə 17 namizəd seçilib və beynəlxalq tədbirdə iştirak üçün 2023-cü il üzrə Azərbaycandan yalnız Səttar Kazımovun namizədliyi təsdiqlənib. 17 namizəd arasından seçilən “Unibank” nümayəndəsi Lüksemburq Banklar Assosiasiyası tərəfindən seminara dəvət edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.05.2025 [19:28]
Bakıda Maliyyə İnvestisiya Forumu keçirilib
- 23.05.2025 [18:45]
Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
- 23.05.2025 [16:41]
Azərbaycandan xarici bazarlara pomidor ixracı 15,3 faiz artıb
- 23.05.2025 [13:34]