® “CulTech” Hakaton: Texnologiya və mədəniyyətin qovşağında yeni fikirlər
Bakıda keçirilən CulTech Hakatonu uğurla başa çatdı. 74 komanda arasından seçilən yalnız 16 komanda 48 saat ərzində texnologiya və yaradıcılığın müxtəlif istiqamətlərində ideyalarını inkişaf etdirərək layihələrini təqdim etdilər.
İştirakçılar hakaton müddətində 5 fərqli istiqamət üzrə mentorların dəstəyi ilə innovativ və sosial əhəmiyyətli məhsullar üzərində çalışdılar. Mədəniyyət, incəsənət, texnologiya və cəmiyyətin kəsişməsində yaradılan bu layihələr jüri tərəfindən yüksək qiymətləndirildi.
Mentorlar
• Tural Salmanov - Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) - İnnovasiyalar üzrə mütəxəssis
• Səhər Qədimli – “PAŞA Kapital”, rəqəmsal marketinq üzrə baş mütəxəssis
• Günay Əliyeva – “Expressbank” rəqəmsal məhsullar üzrə dizayner
• Ruslan Ağakişiyev – “IKTEX” MMC proqram təminatı mühəndisi, texniki rəhbər
• Elman İsmayılov – “PAŞA Həyat” UX/UI dizayner
Münsiflər heyəti
Final layihələri aşağıdakı nüfuzlu münsif heyəti tərəfindən qiymətləndirildi:
• Zaur Darabazadə – “Cinemastercard”ın İdarə Heyətinin sədri
• Ramil Məhərrəmov – “Bolt Azərbaycan”ın baş əməliyyat meneceri
• Ülvi Aslanov – “Code Academy”nin icraçı direktoru
• Orxan Kərim – “Endorphin” Agentliyinin təsisçisi
• Aynur Fərəcova – “NeuroPlus” Neyromarketiq və Süni İntellekt Agentliyinin təsisçisi
Qaliblər və hədiyyələr
Sonda isə ən yaxşı nəticə göstərmiş 3 komanda texnoloji hədiyyələrlə mükafatlandırıldı: