Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Dubai Parks and Resorts" – nağıllar aləminə səyahət!

Bakı, 26 may, Emil Eyyubov, AZƏRTAC

Biz son bir ildə Dubayın turizm həyatında baş verən bir sıra yeniliklərdən artıq sizə danışmışıq. Nəhayət ki, "Dubai Parks and Resorts" adlı regionda ən iri əyləncə parkları kompleksinin nağıllar aləminə baş vurmaq vaxtı gəlib çatdı. Üç tematik parkdan, akvaparkdan və oteldən ibarət olan kompleks 284 hektardan çox ərazidə yerləşir. Yüzdən artıq attraksionu olan "Dubai Parks and Resorts"u mübaliğəsiz olaraq şəhərdə şəhər adlandırmaq olar: kompleksin özünün evləri, küçələri, körpüləri, avtobuslar şütüyən yolları, süni şəkildə yaradılmış nəhəng çayı, onlarca mağaza və kafesi var. Təkcə bu kompleksi görmək üçün Dubaya ayrıca səfər etməyə dəyər. Biz isə səfərimiz üçün ayrılan tam olmayan iki gün ərzində özümüz üçün xeyli maraqlı kəşflər etdik və indi də təəssüratlarımızı sizinlə bölüşməyə tələsirik!

Lapita və ya macəralar adası

"Dubai Parks and Resorts"a gedib çatmaq çətin deyil: kompleks fəal inkişaf edən "Jebel Ali" rayonunda, Dubay və Əbu-Dabi beynəlxalq aeroportlarından eyni məsafədə, "Sheik Zayed Road" əsas nəqliyyat magistralının yaxınlığında yerləşir. Dubayın mərkəzindən kompleksə məsafə təqribən 47 kilometrdir. Bu yolu metronun "İbn Battuta" stansiyasından saat 7:00-dan 23:15-dək işləyən RTA ekspress avtobusu ilə qət etmək olar. Yolumuz təqribən yarım saat çəkir. Bundan əlavə, Dubay Beynəlxalq Aeroportundan pullu transferlər, bəzi otel və ticarət mərkəzlərindən pulsuz şattllar təşkil edilir. Otel və ticarət mərkəzlərinin siyahısı, habelə avtobusların cədvəli www.dubaiparksandresorts.com saytında yerləşdirilib.

Tikintisinə 13,3 milyard dirhəm sərmayə yatırılan "Dubai Parks and Resorts" kompleksi regionda bir növ ilk inteqrasiya edilmiş kurortdur. Əyləncə, otel və ticarət-restoran zonalarının bir məkanda yerləşdiyi kompleks 3 tematik parkı əhatə edir: Hollivudun aparıcı "DreamWorks Animation", "Columbia Pictures", o cümlədən "Smurfs" и "Lionsgate" kinostudiyalarının personajlarına həsr olunmuş "MOTIONGATE™ Dubai"; attraksionları Bollivud dünyasına həsr olunmuş ilk ailəvi tematik park - "BOLLYWOOD PARKS™ Dubai"; LEGO® fiqurlarından yaradılan konstruksiyaların canlandırıldığı digər ailəvi unikal interaktiv park - "LEGOLAND® Dubai". Kompleksin ərazisində yaradılan regionda ilk su parkı da LEGO® mövzusuna həsr olunub. Bu park 2 yaşından 12 yaşınadək uşaqları olan ailələr üçün nəzərdə tutulub.

Bütün tematik parklar enli çay boyunca uzanan "Riverland™ Dubai" ticarət-restoran zonasında bir araya gəlir. Çayda qayıqla gəzinti sifariş etmək olar. Sahil zonasında Avropa şəhərləri üslubunda binalardan ibarət bütöv məhəllələr ucaldılıb. Bu binaların aşağı mərtəbələrində 50-dən çox mağaza, kafe və restoran yerləşir.

"Dubai Parks and Resorts"a səfər planlaşdırırsınızsa, buna ən azı iki gün, yaxşı olar, 3-4 gün vaxt ayırmağı məsləhət görürük, çünki bura gələn geri qayıtmaq istəməz, xüsusən də ilk dəfə gələnlər! Odur ki, harada gecələyəcəyiniz barədə qabaqcadan düşünməlisiniz. Nə yaxşı ki, kompleksin ərazisində "Lapita™ Hotel" oteli yerləşir. Polineziya üslubunda yaradılan bu ailəvi otel-kurort "Marriott Autograph Collection" şəbəkəsinə daxildir. Biz də gələn kimi elə ora yollandıq.

Bütün kurort-otellərdə olduğu kimi, burada da nömrələr bir çoxmərtəbəli binada deyil, yaşıllığa, gül-çiçəyə qərq olmuş bir neçə ikimərtəbəli rahat korpusda yerləşir. "Lapita" termini Polineziya adalarının qədim mədəniyyətini əks etdirir. Otelin ərazisində nə varsa, hamısı bu adalarda yaşayan aborigenlərin sadə məişətinə uyğun şəkildə təqdim edilib: küləşlə örtülmüş damlar, sərt vişlə bağlanmış taxta karkaslar, oyma naxışlar, totemlər, maskalarla bəzədilmiş ağac kötükləri və s. Geniş nömrələrdə Taiti sakinləri üçün səciyyəvi olan gülbəndlər və küləş yubkalar qoyulub. Bunlar müsafirlərə otelin hədiyyəsidir.

Otaqların tərtibatında taxta və daş kimi təbii materiallar müasir bəzək işləri ilə çox uğurlu harmoniya yaradır və bu tərz əla təəssürat yaradır. Nömrələrin eyvanlarında dincəlmək və ətrafdan zövq almaq üçün masa və kreslolar qoyulub. "Lapita" oteli ötən il açıldığına görə, nömrələrdə mebel və ləvazimat ideal vəziyyətdədir.

Kurortun ərazisində isitmə sistemi olan bir neçə açıq hovuz var. Beş restoran müxtəlif xalqların mətbəxlərindən yeməklər, spa və fitnes mərkəzləri tonusu saxlamaq üçün prosedurlar təklif edir. Yaşayış korpusları, restoranlar və resepşin binası arasında pulsuz avtomobillər hərəkət edir. Otelin bir neçə addımlığında tematik parklar və akvapark yerləşir.

LEGO® üslubunda əyləncə

Otelin ərazisindən çıxıb tanış olduğumuz ilk əyləncə zonası "Riverland™ Dubai"dir. Bu zona üzərindən körpülər salınmış süni çayın hər iki sahilində cərgə ilə düzülən kafe və mağazalardan ibarətdir. Daş döşənmiş küçələr və klassik üslubda inşa edilmiş binalar Avropa şəhərlərinin atmosferini yaradır. Zonaya giriş pulsuzdur. "Çay boyunca yerləşən ölkədə" gəzişə-gəzişə bir də görürsünüz ki, üç tematik parkdan birinin - "LEGOLAND® Dubai"nin qapısındasınız. "LEGOLAND® Dubai" Yaxın Şərqdə bütünlüklə LEGO® konstruktoruna həsr olunmuş ilk parkdır. Bu ailəvi kompleksdə müsafirləri 40-dan çox Amerika təpəciyi, interaktiv attraksionlar və müxtəlif tamaşalar, habelə 60 milyon LEGO® fiqurundan quraşdırılmış 15 min konstruksiya gözləyir.

"LEGOLAND® Dubai"yə birgünlük biletin qiyməti 235 dirhəmdir (63 dollar). Biletləri www.legoland.ae saytında da sifariş etmək olar.

İlk növbədə uşaqların xoşuna gələcək bu park hər biri unikal attraksionlar və əyləncələr təklif edən altı tematik zonaya ayrılıb. Məsələn, "Lego City"də uşaqları maraqlı oyunlar və öyrədici məşğələlər gözləyir. "Kingdoms"da balaca cəngavərlər və şahzadə qızlar "əjdaha belində uçaraq" Orta əsrlərə səyahət edə bilərlər. Bu, sürətini saatda 60 kilometrə çatdıran başgicəlləndirici "Dragon Coaster" təpəciyidir. LEGO® fanatları "Imagination" zonasında "Tik və sınaqdan keçirt" attraksionunun maşınlarında gəzə və ya regionda yeganə "Lego Studios 4D" kinoteatrına gedib 4D formatında qısametrajlı LEGO® filmlərinə baxa, gənc tədqiqatçılar isə "Adventure" zonasında "LEGO®" sualtı qayığında üzüb dəniz sakinlərinin həyatını öyrənə bilərlər. Parkın düz mərkəzində 20 milyon LEGO® fiqurundan Dubayın və Yaxın Şərqdəki digər şəhərlərin əsas görməli yerlərinin quraşdırıldığı "Miniland" zonası yerləşir. Məsələn, burada dünyanın ən hündür binasının - Bürc Xəlifənin miniatür sürəti yaradılıb. Yeri gəlmişkən, miniatür Bürc Xəlifə də dünyada LEGO® fiqurlarından quraşdırılan ən uca modeldir.

Nəhayət, "Factory" zonasında LEGO® fiqurlarının necə hazırlandığına tamaşa etmək və bu prosesdə şəxsən iştirak etmək olar. Burada uşaqlar geniş çeşiddə LEGO® fiqurlarından istənilən ölçü, forma və rəngdə konstruksiyalar quraşdıraraq fantaziyalarını işə sala bilərlər. Yeri gəlmişkən, hər bir zonada LEGO® konstruksiyaları qurmaq imkanı yaradılıb. Parkda qəlyanaltı etmək üçün 9 köşk fəaliyyət göstərir

Bu tematik parka bitişik "LEGOLAND® Water Park" akvaparkı da LEGO® mövzusunu davam etdirir. "Dubai Parks and Resorts"da hələlik yeganə olan bu akvaparkda uşaqlar su təpəciklərində oynaya bilərlər. Park 20 su təpəciyi və attraksion təklif edir. Uşaqlara və böyüklərə yumşaq LEGO® fiqurlarından raftinq üçün qayıq quraşdırmağı və ətrafa gözəl mənzərə açılan "tənbəl" çay boyunca həmin qayıqda üzməyi təklif edən populyar "Çayda raft tik" attraksionu da onlar arasındadır.

Akvaparkda suyun temperaturu daim müsbət 27-30 dərəcə səviyyəsində saxlanılır ki, müsafirlər ilboyu özlərini rahat hiss etsinlər.

Akvaparka getmək üçün ayrıca bilet almaq lazımdır. Burada da adambaşına biletin qiyməti 235 dirhəmdir. Əgər siz iki parka ("LEGOLAND® Dubai" və "LEGOLAND® Water Park") bilet alsanız, əməlli-başlı qənaət edərsiniz, çünki ümumi bilet sizə cəmi 285 dirhəmə (77 dollar) başa gələcək.

Böyük kino dünyasına bilet

Ekstremal hisslər keçirmək istəyirsinizsə, "MOTIONGATE™ Dubai" parkına yollanın. "MOTIONGATE™ Dubai" "Dubai Parks and Resorts" kompleksinin flaqmanı və Yaxın Şərqdə Hollivud mövzusunda ən böyük əyləncə parkıdır. Burada Hollivud istehsalı olan 13 ən populyar bədii və animasiya filmi əsasında 27 attraksion yerləşir.

"MOTIONGATE™ Dubai" hər zövqə uyğun əyləncələr, o cümlədən beş Amerika təpəciyi, sərbəst düşmə attraksionu, su təpəciyi, oyun laboratoriyaları, 3D-simulyatorlar, habelə 15 növ interaktiv əyləncə, o cümlədən kino qəhrəmanları ilə görüşlər, onlarla şəkil çəkdirmək, açıq səma altında musiqi və rəqs şousu və bir çox digər əyləncələr təklif edir. Hollivudun üç əfsanəvi studiyası - "DreamWorks Animation", "Columbia Pictures" və "Lionsgate" studiyaları dünyada ilk dəfə bir məkanda birləşib ki, kino qəhrəmanlarını real həyatda canlandırsınlar.

"Columbia Pictures"in pavilyonunda animasiya və kino hitləri mövzusunda yeddi attraksion, o cümlədən "Buludludur, frikadel şəklində yağıntı ola bilər", "Transilvaniya oteli", "Kabus ovçuları", "Yaşıl eşşəkarası", "Başqa dünya" və "Zombiləndə xoş gəlmisiniz" attraksionları təqdim olunub. Onların ən ekstremalı açıq səma altında "Yaşıl eşşəkarası" sürət təpəciyi və "Zombilənd" sərbəst düşmə attraksionudur.

"DreamWorks Animation" studiyası tamamilə qapalı zonada "Əjdahanı necə əhliləşdirməli", "Kunq-fu panda", "Madaqaskar" və "Şrek" kimi populyar animasiya filmlərinin motivləri əsasında 12 attraksion təklif edir. Bu attraksionların ən sadəsi "Şrek" animasiya filminin motivləri əsasında yaradılan attraksiondur. Vaqonet yavaş sürətlə sizi bu populyar cizgi filmindən hamımıza yaxşı tanış olan nağıllar ölkəsində gəzdirir. Sevimli qəhrəmanların insan boyu bərabərində manekenləri hərəkət edir və tanınmış aktyorların səsləri ilə danışır.

"Əjdahanı necə əhliləşdirməli" attraksionu daha dinamikdir. Bu Amerika təpəciyi əjdaha belində uçuşu imitasiya edir. Amma ən sürətli və yeri gəlmişkən, elə "Sürətli yürüş" də adlanan təpəcik "Madaqaskar" filminin motivləri əsasındadır. Burada vaqonet kəskin start götürərək saatda 150 kilometr sürətlə sərt virajlar edir.

"Lionsgate" studiyasının pavilyonunda müsafirləri daha bir heyrətamiz sürpriz gözləyir. Burada dünyada ilk dəfə "Ac oyunlar" blokbasterinə həsr olunmuş attraksionlar yaradılıb. Adrenalin həvəskarları "Ac oyunlar" filmindən Kapitoli futuristik qatarını imitasiya edən sürət təpəciyində gedə bilərlər.

Bundan əlavə, pavilyonda 1000 tamaşaçı yeri olan teatr yerləşir. Teatrda "Bir addım irəli: hər şey, yaxud heç nə" və "Dörd addım irəli" filmlərinin motivləri əsasında rəqs şouları təqdim edilir.

"MOTIONGATE™ Dubai" parkının kənarında "Smurfs Village" ("Smurfiklər kəndi") yerləşir. Kənddə azyaşlı uşaqları olan ailələr üçün populyar çoxseriyalı cizgi filminin motivləri əsasında beş attraksion yaradılıb.

Hollivud filmləri ab-havasında fəaliyyət göstərən doqquz ailəvi restoran və tez qəlyanaltı etməyə imkan verən çoxsaylı köşklər "MOTIONGATE™ Dubai" qonaqlarının xidmətindədir.

Diqqətimizi "Columbia Pictures" pavilyonunun ərazisində "Buludludur, frikadel şəklində yağıntı ola bilər" cizgi filminin motivləri əsasında tərtib edilmiş "Baby Brent's Luncheonette" italyan mətbəxi restoranı cəlb etdi. Biz də restoranda elə frikadelli spaqetti, pitsa və desert sifariş verdik. Maraqlıdır ki, bir dəfə 90 dirhəm (24 dollar, beş yaşınadək uşaqlara 65 dirhəm - 17 dollar) ödəyirsiniz və istədiyiniz qədər yeyib-içirsiniz - çox rahatdır.

"MOTIONGATE™ Dubai" parkında bir gün vaxt keçirməyin qiyməti adambaşına 165 dirhəmdir (44 dollar).

Bollivuda xoş gəlmisiniz

Hind kinosu fanatları üçün yaxşı xəbərlər var: dünyanın ən iri kino istehsalı mərkəzlərindən birinin - Bollivudun autentik aləmini təqdim edən ilk tematik park - "BOLLYWOOD PARKS™ Dubai" sizin xidmətinizdədir.

Parkda hind kinematoqrafına həsr olunmuş attraksionlar yerləşir. Burada musiqi, rəqslər və Bollivud filmlərinin təsirli dramaturgiyası ilə müşayiət olunan canlı tamaşalar da oynanılır. "BOLLYWOOD PARKS™ Dubai" beş tematik zonada - "Bollivud bulvarı", "Mumbay meydanı", "Hind kəndi", "Kral meydanı" və "Bollivud kinostudiyası" zonalarında yerləşən attraksionların köməyi ilə Bollivud atmosferini canlandırır. Müsafirlər Bollivudun doqquz blokbasterinin ("Rok oynayaq!", "Qisas və qanun", "Don. Mafiya başçısı" , "Laqaan: bir dəfə Hindistanda", "Qorxmaz", "Böyük Moğol", "Həyat darıxdırıcı ola bilməz", "Təsadüfü yol", "Krriş") ruhunda riskli tryuklara, rəngarəng tamaşalara və coşqun rəqslərə tamaşa edə bilərlər.

Gün ərzində parkın altı səhnəsində ("Rock On!! Magik Alley", "Crossroads", "Mumbai Express", "Rangmanch", "Stars on Steps" и "Cinema Circle") təqribən 20 canlı tamaşa oynanılır. Dünya şöhrətli Tac-Mahal üslubunda yaradılan "Rac-Mahal" teatrı "BOLLYWOOD PARKS™ Dubai"nin qürur mənbəyidir.

Parkın ərazisində hind mətbəxi təamlarının hazırlandığı altı restoran və kino mövzusunda malların satıldığı səkkiz mağaza fəaliyyət göstərir.

"BOLLYWOOD PARKS™ Dubai"yə biletin qiyməti adambaşına 95 dirhəmdir (25 dollar).

Gördüyünüz kimi, "Dubai Parks and Resorts" kompleksi lap böyükdür və yeni-yeni dünyalar və əyləncələr kəşf etmək üçün burada bir gün vaxt keçirmək çox azdır. Bununla belə, "Dubai Parks and Resorts" böyüməyə və genişlənməyə davam edir. Gələn il burada ABŞ-da 21 əyləncə parkı, akvaparkı və ailəvi əyləncə mərkəzləri olan "Six Flags Theme Park" brendinin regionda ilk tematik parkının açılması nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb