"Gürcü Arzusu-Demokratik" partiyasının fəxri sədrinə qarşı sui-qəsd hazırlanıb
Tbilisi, 24 iyul, AZƏRTAC
"Gürcü Arzusu-Demokratik" partiyasının fəxri sədrinə qarşı sui-qəsd hazırlanıb.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bəyanat yayıb.
Bəyanatda deyilir ki, Gürcüstan DTX terror aktı hazırlamaq və hökuməti devirmək üçün sui-qəsd hazırlamaq işini araşdırır.
Bildirilir ki, Dövlət Təhlükəsizlik Xidməti Gürcüstanda cinayət əməllərinin hazırlanması, o cümlədən Gürcüstanın keçmiş məmurları, Ukraynanın keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təşkil edilmiş və maliyyələşdirilən “Gürcü Arzusu-Demokratik” partiyasının fəxri sədri Bidzina İvanişvilinin qətlinin hazırlanması faktlarını araşdırır.
“Bu cinayət əməllərinin məqsədi ölkədə iğtişaşlar və hakimiyyətin zəifləməsi fonunda dövlət hakimiyyətinin dağıdıcı qüvvələr tərəfindən zorla devrilməsidir”, - deyə bəyanatda vurğulanır.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:56]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]