"Jalqiris" - "Struqa" matçını azərbaycanlı hakimlər briqadası idarə edəcək
Bakı, 28 iyun, AZƏRTAC
FIFA referisi Elçin Məsiyev beynəlxlq oyuna təyinat alıb.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, o, UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Jalqiris" (Litva) - "Struqa" (Şimali Makedoniya) qarşılaşmasının baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
"Jalqiris" - "Struqa" matçı iyulun 11-də Litvada keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]