"Murov" voleybol klubu Çağırış kuboku yarışının 1/16 final mərhələsinə yüksəlib
Bakı, 21 oktyabr, AZƏRTAC
Kişi voleybolçulardan ibarət "Murov" klubu Çağırış kuboku yarışının 1/16 final mərhələsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, komandamız 1/32 final mərhələsinin cavab oyununda Xorvatiyanın "Kitro Varazdin" kollektivi ilə üz-üzə gəlib.
Azərbaycan Voleybol Mərkəzində oynanılan görüşdə Azərbaycan təmsilçisi 3:1 (23:25; 25:18; 25:20; 25:17) hesablı qələbə qazanıb.
İlk görüşdə "Murov" 3:0 (25:19, 25:18, 25:20) hesabı ilə qalib gəlib. İki görüşün nəticəsinə görə, komandamız növbəti mərhələyə adlayıb. Bu komandamızın rəqibi Avstriyanın "UVC Graz" klubu olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]