"Neftçi" klubu “Səbail"i böyük hesabla məğlub edib
Bakı, 14 mart, Nicat Məmmədov, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun son oyununda "Neftçi" "Bakcell Arena"da "Səbail"lə qarşılaşıb. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 5-ci dəqiqədə Namiq Ələsgərov açıb. Görüşün 65-ci dəqiqəsində Stiven Monroz "ağ-qaralar"ın üstünlüyünü iki topa çatdırıb. Dörd dəqiqə sonra Yusuf Laval baxımlı qolla rəqibi 3-cü dəfə məyus edib. Oyunda son nöqtəni isə 75-ci dəqiqədə Mert Çelik qoyub.
Bu qələbədən sonra xallarını 42-yə çatdıran "Neftçi" zirvədəki yerini qoruyub. "Səbail" isə 18 xalla 6-cı pillədə qalıb.
Qeyd edək ki, günün ilk matçında "Zirə" Qəbələdə eyniadlı komanda ilə bərabərə qalıb - 1:1. İlk oyun günündə isə baş tutmuş qarşılaşmalarda "Qarabağ" evdə "Sabah"ı iki cavabsız qolla məğlub edib, "Sumqayıt" isə "Keşlə" ilə 2:2 hesablı heç-heçəyə razılaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]