"Qarabağ"ın sabiq qapıçısı Yunanıstanın tanınmış klubuna keçə bilər
Bakı, 24 fevral, AZƏRTAC
Ötən mövsümün sonunda "Qarabağ"dan ayrılaraq Yunanıstanın "Panserraikos" komandasına keçən gürcüstanlı qapıçı Luka Quqeşaşvili klubunu dəyişə bilər.
AZƏRTAC Yunanıstan mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı qolkiperlə ölkənin köklü və iddialı klublarından biri olan PAOK yaxından maraqlanır.
Quqeşaşvilinin meneceri ilə danışıqlara start verən Saloniki təmsilçisi onu yayda heyətinə qatmağı planlaşdırır. "Panserraikos"un təcrübəli oyunçu üçün tələb etdiyi təzminat məbləği hələlik bəlli deyil. Lakin klubun 2026-cı ilədək müqaviləsi olan qapıçını asanlıqla buraxmayacağı gözlənilir.
Qeyd edək ki, Luka Quqeşaşvili 2022-ci ildən 2024-cü ilin yayınadək "Qarabağ"da çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]