"Qəbələ" klubu UEFA Konfrans Liqasına məğlubiyyətlə başlayıb
Bakı, 27 iyul, AZƏRTAC
"Qəbələ" futbol klubu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Kiprin "Omoniya" klubunu qəbul edib.
AZƏRTAC xəbər verir ki, "Qəbələ"nin start heyətində Kristof Atanqana, İlkin Qırtımov, Murad Musayev, Lukas Afriko, Urfan Abbasov, Emil Səfərov, Ahmed Ayzaya, Əyyub Əllaş, Omar Hani, Ülvi İsgəndərov və Osama Xalayla yer alıblar.
"Omoniya"nın heyətində meydana Fabiano, Adam Mettyuz, Senu Kulibali, Adam Lanq, Markinyos Sipriano, Yoannis Kusulos, Moretu Kassama, Loizos Loizu, Roman Bezus, Villi Semedu və Kərim Ansarifard çıxıblar.
Rumıniyalı baş hakim Andrey Çivuletenin idarə etdiyi oyun Kipr təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Qəbələ"nin heyətində Əyyub Əllaş dubl edib. Kipr təmsilçisinin qollarını Roman Bezus vurub.
Komandalar arasında cavab oyunu bir həftə sonra Kiprdə keçiriləcək.
Bu cütün qalibi növbəti raundda “Midtulland” (Danimarka) - “Proqres” (Lüksemburq) duetinin güclüsü ilə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]