AAK PREZİDENTİ N.AĞAMİROV İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA HÜQUQŞÜNASLAR ASSOSİASİYASININ ADMİNİSTRASİYA ŞURASININ ÜZVÜ SEÇİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, İnsan Hüquqları üzrə Avropa Hüquqşunaslar Assosiasiyasının Romada keçirilən toplantısında Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Natiq Ağamirov Assosiasiyanın Administrasiya Şurasının üzvü seçilmişdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, N.Ağamirov toplantıda çıxış etmiş, Ermənistanın Azərbaycana təcavüzü barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatları nəticəsində 30 mindən çox azərbaycanlı həlak olmuş, bir milyondan çox soydaşlarımız öz doğma torpaqlarından didərgin düşmüşdür.
AAK prezidenti qeyd etmişdir ki, azərbaycanlıların məruz qaldıqları terror, soyqırımı və deportasiya aktları insan hüquqlarının kobud şəkildə pozulması faktıdır. O, azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası üçün beynəlxalq ictimaiyyətin, o cümlədən insan haqlarının müdafiəsi ilə məşğul olan təşkilatların zəruri addımlar atmasının vacibliyini vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]