AAYDA: Yol tikintisi və təmiri sahəsində görülən işlər uğurla davam edir
Bakı, 31 iyul, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən iyulun 25-dən 31-dək olan müddətdə yol tikintisi və təmiri sahəsində görülən işlər barədə məlumat açıqlanıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, həmin müddət ərzində İran sərhədinə doğru yeni yolun və sərhəddə körpünün tikintisi yekunlaşmaq üzrədir. Ağdam - Hindarx - Ağcabədi avtomobil yolu yenidən qurulur və işlər uğurla davam etdirilir.
Masallıda 51 min əhalinin istifadə etdiyi yolun yenidən qurulması davam edir. Zəngilan rayonunda Horadiz-Zəngilan avtomobil yolu əsaslı şəkildə təmir olunur.
Eyni zamanda, Heydər Əliyev prospektində yeni istiqamətverici lövhələr quraşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:34]
Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək
- 29.09.2026 [13:12]
AZAL-ın ixrac gəlirləri açıqlanıb
- 29.09.2026 [13:00]
“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb
- 29.09.2026 [12:58]
“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb
- 29.09.2026 [12:55]