Abituriyentlər ixtisas seçimində ən çox birinci qrupa ərizə veriblər
Bakı, 25 avqust, AZƏRTAC
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin avqustun 16-dan başlanan ixtisas seçimi davam edir. İxtisas seçimi bu ayın 28-də saat 23.59-da yekunlaşacaq. İxtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a verilən məlumata görə, saat 10:55-dək bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrinin ümumi sayı 56278 təşkil edib. İxtisas seçənlər arasında say çoxluğu I qrupa aiddir (16774 nəfər). Sonrakı yerdə 16326 nəfərlə III qrup gəlir. II qrupda 13089 abituriyent, IV qrupda isə 4381 abituriyent elektron ərizəsini təsdiqləyib.
V qrupda ərizəsini təsdiqləyən abituriyentlərin sayı 8045 nəfərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]
Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır
- 29.09.2026 [16:20]
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq
- 29.09.2026 [15:50]
Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir
- 29.09.2026 [15:17]