ABŞ “Abrams” tanklarının ilk partiyasını Tayvana gələn il təhvil verəcək
Bakı, 23 avqust, AZƏRTAC
ABŞ “Abrams” tankının 38 ədəd olan ilk partiyasını Tayvana gələn il təhvil verəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Tayvanın “Ziyu Shibao” qəzeti məlumat yayıb.
Məlumata görə, bu proqram 2025-ci ildə daha 42 tankın çatdırılmasını nəzərdə tutur və 28 belə döyüş maşınının son partiyası 2026-cı ildə təhvil veriləcək. Bu, “M1A2T”nin modifikasiyasıdır.
Adanın quru qoşunları artıq avtomobillərin döyüş istifadəsi və onlara texniki qulluq üzrə təlim keçmək üçün ABŞ-yə göndəriləcək zabitlər qrupu yaradıb. Tayvana qayıtdıqdan sonra onlar silahlı qüvvələrdə hərbi təlimatçı olacaqlar.
Qeyd edək ki, 108 “Abrams” tankının Tayvana 2,2 milyard dollara satılması 2019-cu ildə ABŞ Dövlət Departamenti tərəfindən təsdiqlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]