ABŞ AZƏRBAYCANLA MÜNASİBƏTLƏRİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİR
ABŞ Azərbaycanda demokratiyanın inkişafını bundan sonra da dəstəkləyəcəkdir. AZƏRTAC xəbər verir ki, bu barədə danışan Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfiri Rino Harniş ölkəsinin Azərbaycanda demokratiyanın inkişafı üçün çox iş gördüyünü bildirmişdir: “ABŞ Azərbaycanda demokratiyanın inkişafı istiqamətində gördüyü işlərə görə fəxr edə bilər”.
Diplomat demişdir ki, ABŞ Azərbaycan dövləti və xalqı ilə münasibətlərini yüksək qiymətləndirir.