ABŞ-da "TikTok"la bağlı qərar ləğv oluna bilər
Vaşinqton, 19 dekabr, AZƏRTAC
ABŞ Ali Məhkəməsi “TikTok” sosial şəbəkəsinin aktivlərinin satılması və ya ABŞ-da qadağan olunması ilə bağlı qanunun Birinci Dəyişikliyi (First Amendment) pozub-pozmadığını nəzərdən keçirəcəyini açıqlayıb. AZƏRTAC-ın məlumatına görə, məhkəmə bildirib ki, “TikTok”un 10 yanvar tarixinə irəli sürdüyü arqumentlərə baxılacaq, lakin sosial şəbəkəsinin aktivlərinin satılması ilə bağlı son günün (19 yanvar) müəyyən edilməsi ilə bağlı qərarı qüvvədə qalacaq.
Qeyd edək ki, “TikTok” sosial şəbəkədən istifadənin qadağa olunmasının milli təhlükəsizliklə bağlı narahatlıqlarla əsaslandırılmasına dair Appeliyasiya Məhkəməsinin qərarının ləğvi üçün Ali Məhkəməyə müraciət edib. Konqres bu qanunu aprel ayında iki partiyanın böyük dəstəyi ilə təsdiq edib.
Qanun layihəsinin tərəfdarları bildiriblər ki, “TikTok” milli təhlükəsizlik üçün risklər yaradır və Çin hökumətinin proqram vasitəsilə amerikalıları casusluğa cəlb edir və təbliğat aparır.
Tramp ilk administrasiyası zamanı “TikTok”u qadağan etməyə çalışsa da, budəfəki seçki kampaniyası zamanı sosial şəbəkəni xilas edəcəyini vəd edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]