ABŞ-da bu mövsüm qriplə əlaqəli 2300-dən çox ölüm qeydə alınıb
Bakı, 16 dekabr, AZƏRTAC
Bu mövsüm ABŞ-da ən azı 3,7 milyon qripə yolxuma halı qeydə alınıb. Xəstələrin 38 mini xəstəxanaya yerləşdirilib, 2300 nəfər isə ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) dərc etdiyi son hesablamalarda bildirilib.
CDC həftəlik hesabatında qeyd olunub ki, mövsümi qrip ölkənin əksər bölgələrində, cənub-şərq və cənub-mərkəzi bölgələrdə böyük intensivliklə yayılmaqda davam edir.
Dekabrın 9-da bitən həftə ərzində uşaqlarda qriplə bağlı iki ölüm hadisəsi qeydə alınıb və bununla da 2023-2024-cü illər mövsümündə uşaq ölümlərinin ümumi sayı 14-ə çatıb.
CDC böyüklərə və uşaqlara hər il qripə qarşı peyvənd olunmağı tövsiyə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:18]
Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]