ABŞ-da daşqın və anomal istilərdən 200 milyon insan əziyyət çəkə bilər
Bakı, 28 iyul, AZƏRTAC
Yaxın günlərdə ABŞ əhalisinin təxminən 60 faizi daşqın və anomal istilərin təsirinə məruz qala bilər.
AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, Birləşmiş Ştatların Milli Meteorologiya Xidmətinin (NWS) aparıcı sinoptiki Bob Oravekin sözlərinə görə, təbii fəlakətlər bütün böyük şəhərlərə təsir edəcək və bu səbəbdən zərər çəkən əhalinin sayı çox olacaq.
NWS ölkənin şimal-şərqində cümə axşamından başlayan və istirahət günlərində də davam edəcəyi gözlənilən anomal istilər barədə xəbərdarlıq edib. Eyni zamanda şimal-şərq və cənub ərazilərdə güclü qasırğalar və daşqınlar da proqnozlaşdırılır. Bununla yanaşı, ABŞ-ın cənub-qərb və qərb hissəsində güclü istilər davam edəcək. Sinoptiklər cümə günü bir neçə temperatur rekordunun yenilənəcəyini gözləyirlər.
Xatırladaq ki, Ümumdünya Meteorologiya və Avropanın “Copernicus” təşkilatları 2023-cü ilin iyulunu dünya tarixinin ən isti ayı adlandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:05]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [16:51]
Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir
- 29.09.2026 [16:40]
Myanmada 18 mindən çox sakin daşqından zərər görüb
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]