ABŞ-da Kamala Harrisin kampaniyası ötən həftə 200 milyon dollar ianə toplayıb
Bakı, 29 iyul, AZƏRTAC
Vitse-prezident Kamala Harris ötən həftə Demokratlar Partiyasından prezidentliyə namizəd olmaq niyyətini elan etdikdən sonra kampaniyası 200 milyon dollar ianə toplayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Məlumata görə, ianələrin böyük hissəsi – 66 faizi cari ilin seçki dövründə ilk dəfə donorlardan gəlib.
Bundan əlavə, 170 mindən çox könüllü Harris kampaniyasına araşdırma və digər seçicilərə köməklik göstərmək üçün qeydiyyatdan keçib.
Daha əvvəl məlumat verilmişdi ki, ABŞ Milli Demokratik Komitəsi Harrisə avqustun 7-dək, yəni avqustun 19-22-də Çikaqoda keçirilməsi planlaşdırılan partiyanın qurultayına qədər Demokratlar Partiyasından prezidentliyə rəsmi namizəd olmağa imkan verəcək reqlamentləri qəbul edib. Namizədlər üçün səsvermə avqustun 1-dən 7-dək qurultay nümayəndələrinə göndəriləcək elektron bülletenlərdən istifadə edilməklə aparılacaq.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-nə təyin edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]