ABŞ-da meşə yanğınları: 3 mindən çox insan təxliyə edilib
Bakı, 23 aprel, AZƏRTAC
ABŞ-ın Nyu-Cersi ştatında meşə yanğınları səbəbindən 3 mindən çox insan təxliyə edilib.
AZƏRTAC xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, hazırda alovun sürətlə yayılması səbəbindən 1300-dən çox bina təhlükə altındadır. Meşə yanğını aprelin 22-də ştatın inzibati mərkəzi Trenton şəhərinin cənub-şərqində başlayıb və gün ərzində 34 kvadratkilometrdən çox əraziyə yayılıb. Yanğın nəqliyyatın işində xaosa səbəb olub, 25 mindən çox evin elektrik enerjisi kəsilib.
Xatırladaq ki, ötən ilin noyabrında yanğın Nyu-Cersi və Nyu-York ştatlarında böyük meşəlik əraziləri məhv edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:58]
Yunanıstanda 4 bal gücündə zəlzələ olub
- 30.09.2026 [13:35]
ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır
- 30.09.2026 [13:33]
“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]