ABŞ-da sənaye istehsalı proqnozdan 0,2 faiz çox olub
Bakı, 16 dekabr, AZƏRTAC
Noyabr ayında ABŞ-da sənaye istehsalının həcmi ötən ayla müqayisədə 0,2 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Federal Ehtiyatlar Sistemi məlumat yayıb.
“Trading Economics” və “The Wall Street Journal” nəşrlərinin keçirdiyi sorğuların nəticələrinə görə, analitiklər artımın əvvəlcə orta hesabla 0,3 faiz təşkil edəcəyini proqnozlaşdırıblar.
Oktyabrda yenidən nəzərdən keçirilən nəticələrə əsasən, sənaye istehsalı 0,9 faiz azalıb, daha əvvəl isə bu rəqəmin 0,6 faiz olduğu bildirilib.
Ötən ay emal sənayesində istehsal 0,3 faiz artıb. Avtomobil və ehtiyat hissələrinin istehsalı daxil olmaqla, avtomobil sənayesi işçilərinin genişmiqyaslı tətili başa çatdıqdan sonra artım 7,1 faizə yüksəlib.
“MarketWatch” agentliyinin hesablamalarına görə, hərbi-sənaye kompleksi sahəsindəki sifarişlər ardıcıl olaraq, noyabrın sonunda artmağa davam edərək, 1,2 faizə çatıb. İstehsalat gücünün istifadəsi keçən ay 78,8 faizə yüksəlib, oktyabr ayında isə bu rəqəm 78,7 faiz təşkil edib.
Noyabr ayında ABŞ-da ümumi istehsal həcmi keçən ilin eyni ayı ilə müqayisədə 0,4 faiz azalıb. Oktyabr ayında göstərici 1 faiz aşağı düşüb və proqnozlaşdırıldığı kimi, 0,7 faiz artmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:18]
Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]