ABŞ-da vitse-prezidentliyə namizədlər debatla bağlı razılığa gəliblər
Vaşinqton, 15 avqust, AZƏRTAC
ABŞ-da prezidentliyə namizədlər Kamala Harris və Donald Trampın vitse-prezidentliyə namizədləri Minnesota qubernatoru Tim Volz və Ohayo senatoru Ceyms Devid Vans oktyabrın 1-də debata çıxmaqla bağlı razılığa gəliblər.
AZƏRTAC-ın məlumatına görə, daha əvvəl “CBS News” namizədlərə debat üçün sentyabrın 17-si, 24-ü, oktyabrın 1-i və 18-i variantlarını irəli sürmüşdü. Tim Volz sosial media hesabında oktyabrın 1-nə razılıq verib və rəqibi bu təkliflə razılaşıb. Donald Trampın vitse-prezidentliyə namizədi debatın, həmçinin sentyabrın 18-də keçirilməsi təklifini versə də, Kamala Harris kampaniyasından buna hələlik cavab verilməyib.
“CBS New” görüşün Nyu-Yorkda keçirilməsini təklif edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]