ABŞ DÖVLƏT DEPARTAMENTİ AZƏRBAYCAN KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QƏRARINI ALQIŞLAYIR
Dövlət Departamenti bu addımları müsbət qiymətləndirmişdir. Lakin hesab edir ki, beynəlxalq icmanın noyabrın 6-dakı qanun pozuntuları və çatışmazlıqlara dair ciddi narahatlığını aradan qaldırmaq üçün daha çox iş görülməlidir. ABŞ Azərbaycanı nəticələr ləğv edilən dairələrdə beynəlxalq standartlara uyğun seçki keçirmək, toplaşmaq azadlığını təmin etmək və bu azadlığın qarşısını alan hüquq mühafizə orqanları rəsmilərinin cavabdehliyini artırmaq, habelə seçki saxtakarlığında şübhəli bilinənləri məsuliyyətə cəlb etməyə çağırmışdır.
Rəsmi Vaşinqton ölkəmizdə siyasi plüralizmin genişləndirilməsi, parlamentin, siyasi partiyaların və bütün demokratik təsisatların gücləndirilməsi üçün Azərbaycan hökuməti və vətəndaşları ilə əməkdaşlığını davam etdirəcək ki, bitərəflərin, müxalifətin və iqtidar partiyasının səsləri eşidilsin və xalqın iradəsinə hər zaman hörmətlə yanaşılsın.
ABŞ Azərbaycan hökumətini gələcək seçkilərdə qanun pozuntularına yol verməmək üçün təsisat islahatları üzərində işləməyə çağırmışdır.