ABŞ GƏNCLƏRİN DÖVLƏT QURUMLARINDA İŞLƏMƏLƏRİNƏ MARAQ GÖSTƏRİR
ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında verilmiş ziyafətdə xanım Anna Ders tələbələri səmimi salamlayaraq, onların perspektivlərindən söhbət açmışdır. Proqramın məqsədinə uyğun olaraq, gənclər 4 ay ərzində Azərbaycanın bir sıra nazirliklərində təcrübə toplamışlar. Səfir qeyd etmişdir ki, onların məqsədi gələcək mütəxəssisləri dövlət müəssisə və təşkilatlarındakı işlərə cəlb etməkdir. Özəl sektorda tələb olunan əməkhaqları çox yüksəkdir və buna görə də oraya gənclər daha çox can atırlar. Lakin biz çalışırıq ki, gələcəkdə bu gənclərin arasında daha çox dövlətin maraqlarını qoruyan hərbçi, diplomat, iqtisadçıların sayı artsın.
“Mübadilə tələbələri üçün təcrübə Proqramı” üzrə 5 nazirlikdə əmək təcrübəsi keçmiş tələbələrin bəziləri artıq işə təkliflər almışlar. Ümumiyyətlə, bu il 150 nəfər gənc ABŞ hökuməti tərəfindən təklif olunan müxtəlif proqramlarda iştirak etmişlər.