ABŞ-IN BOSTON ŞƏHƏRİNDƏ SOYDAŞLARIMIZIN YENİ DİASPOR TƏŞKİLATI YARADILMIŞDIR
Bostonda təsis edilən Amerika-Azərbaycan Mədəniyyət Mərkəzi ətrafında, əsasən, Massaçusets ştatında yasayan və təhsil alan soydaşlarımız toplaşmışlar.
Yeni qurumun yaradılmasından məqsəd Azərbaycanın tarixi həqiqətlərini, zəngin mədəniyyətini, adət-ənənələrini qorumaq, təbliğ etməkdir.
Mərkəzdə ilk tədbir Novruz bayramına həsr olunmuş “Beynəlxalq Azərbaycan gecəsi” olmuşdur. Tədbirdə Azərbaycanın mədəniyyəti və adət-ənənələri ilə maraqlanan yerli sakinlər də iştirak etmişlər.
Tədbirdə Nyu-York şəhərindəki Beynəlxalq Mirvari Fondunun gerçəkləşdirdiyi “Sən məni güldürdün” adlı xeyriyyə layihəsinə maddi dəstək məqsədilə vəsait toplanmışdır. Layihənin məqsədi Azərbaycandakı kimsəsiz uşaqlara göstərilən tibbi yardımın, cərahiyyə əməliyyatlarının xərclərini ödəməkdir. Beş min dollar vəsaitin toplandığı xeyriyyə aksiyasına, tədbirə dəvət olunan amerikalı qonaqlarla yanaşı, Banqladeş, Rusiya, Ukrayna, Bolqarıstan, İran, Türkiyə və Çin nümayəndələri də qatılmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]