ABŞ-IN KEÇMİŞ PREZİDENTİ RONALD REYQANIN SƏHHƏTİ KƏSKİN SURƏTDƏ PİSLƏŞMİŞDİR
ABŞ rəhbərliyinə verilən məlumata görə, Birləşmiş Ştatların 40-cı prezidenti can üstədir. Onun səhhətinin bir neçə gün bundan əvvəl xeyli pisləşməsinə baxmayaraq, həkimlər Ağ evin keçmiş başçısının hələ bir neçə həftə və ya bir neçə ay yaşayacağını bildirirlər.
Ronald Reyqanın 93 yaşı var. Keçmiş ABŞ prezidentlərindən hələ heç biri bu qədər yaşamamışdır. 10 il əvvəl Reyqanda Altsheymer xəstəliyi aşkar edilmişdi. Həmin vaxtdan Ronald Reyqan Los-Ancelesdəki evində tək yaşayır. Ağır xəstəlik onu ətraf mühitdən tamamilə təcrid etmişdir: o, heç kimi tanımır, gəzmək, hətta sərbəst qida qəbul etmək iqtidarında deyildir.
Ronald Reyqan həmvətənlərinin sevimlisidir. “Soyuq müharibə”də Sovet İttifaqı üzərində qələbəni onun adı ilə bağlayırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]