ABŞ-ın keçmiş səfiri: Ağdamda gördüyümüz mənzərə, dağıntılar çox ürəkağrıdıcıdır
Ağdam, 22 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdamda gördüyümüz mənzərə, dağıntılar çox ürəkağrıdıcıdır. Bu dağıntılar insanların həyatına qarşı təcavüzü göstərir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərində jurnalistlərə açıqlamasında bildirib.
R.Sekuta deyib: “Azərbaycanın öz ərazilərində suverenliyini bərpa etməsi yaxşı haldır. Lakin bu ərazilərin bərpası xeyli zaman alacaq. Biz Azərbaycan və Ermənistanın tezliklə mehriban qonşuluq, sülh şəraitində yaşamalarını arzulayırıq".
Qeyd edək ki, mayın 22-də ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [12:01]
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
- 12.10.2026 [11:55]
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb
- 12.10.2026 [11:46]
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb
- 11.10.2026 [21:08]