ABŞ-ın neft hasilatındakı azalma proqnozlaşdırılandan aşağı olacaq
Bakı, 10 mart, AZƏRTAC
Dünyada neft qiymətlərinin inkişafında əhəmiyyətli paya sahib olan ABŞ-ın xam neft istehsalında 2021-ci ildə gözlənilən azalma əvvəlki proqnozdan aşağı olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bildirilir ki, əvvəlki proqnozda 2021-ci il ərzində gündəlik neft hasilatının orta hesabla 290 min barrel azalacağı nəzərdə tutulsa da xam neft istehsalının sutkada orta hesabla 160 min barrel azalaraq 11,15 milyon barrelə enəcək. ABŞ-ın neft istehsalı 2022-ci ildə gündəlik orta hesabla 500 min barrel artacaq.
Birləşmiş Ştatların neft məhsulları və digər yanacaq istehlakı cari ildə gündəlik orta hesabla 1,41 barrel artaraq 19,53 milyon barrelə yüksələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:16]
ABŞ rəsmiləri və İran nümayəndə heyəti arasında görüş olub
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]