ABŞ İORDANİYAYA MALİYYƏ YARDIMI GÖSTƏRƏCƏK
ABŞ İordaniyaya maliyyə yardımı göstərən əsas Qərb dövlətlərindən biridir. 1952-ci ildən bəri ABŞ İordaniya hökumətinə təxminən 4,7 milyard dollar maliyyə yardımı ayırmışdır.
Bu yardımın cavabında İordaniya bəzi mübahisəli siyasi məsələlərdə ABŞ-ın mövqeyini dəstəkləyir. Məsələn, apreldə İordaniya hökuməti Fələstinin “Həmas” qruplaşmasını silah qaçaqmalçılığında təqsirləndirmiş və Fələstin Milli Muxtariyyətinin xarici işlər naziri Mahmud əz-Zəhharın krallığa nəzərdə tutulan səfərini təxirə salmışdı.
Bundan başqa, İordaniya İsrail ilə Fələstin arasında, habelə ABŞ ilə İran arasında problemlərin dincliklə nizama salınmasına tərəfdar olaraq qalır.
Xatırladaq ki, İordaniya İsraillə sülh müqaviləsi imzalayan iki ərəb ölkəsindən biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]