ABŞ İRANIN TƏRƏFDAŞLARINA QARŞI QADAĞALAR TƏTBİQ EDİR
Sənəddə İranla nüvə texnologiyaları və silahlar sahəsində əməkdaşlığı davam etdirən şirkətlərin mənsub olduğu dövlətlərə qarşı qadağalar qoyulması nəzərdə tutulur.
Aktda konkret ölkələr göstərilmir, lakin, agentliyin qənaətincə, aydındır ki, bu qadağalar ilk növbədə Rusiya və Çinə şamil edilə bilər.
Xatırladaq ki, Rusiya və İran Buşehr atom elektrik stansiyasının tikintisi haqqında müqavilə imzalamışlar. Bundan başqa, İran Rusiyadan müasir silah alır. Çinə gəldikdə isə, ABŞ Pekini Tehrana qabaqcıl raket texnologiyaları satmaqda dəfələrlə təqsirləndirmişdir.
Senatda çoxluğun lideri, respublikaçı Bill Frist “İranda azadlığın dəstəklənməsi haqqında akt”ın imzalanmasını belə şərh etmişdir: “Bu sənədin qəbul edilməsi ilə əlaqədar ABŞ hökuməti İrana qarşı çoxşaxəli qadağaları Rusiyanın dəstəkləməsinə nail olmaq üçün bu ölkəyə təzyiq üçün bütün mövcud vasitələrə əl atmaqdan ötrü gözəl imkan qazanmışdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:56]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]