ABŞ neftin qiymətinin manipulyasiya olunduğunu iddia edir
Bakı, 10 mart, AZƏRTAC
Birləşmiş Ştatlar digər ölkələrin neft bazarını manipulyasiya etmək səylərinə müqavimət göstərəcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın Enerji Nazirliyinin sözçüsü Şaylin Hynes deyib.
“Donald Tramp rəhbərliyi son inkişafları çox yaxından izləyir. Keçən həftə “OPEC+” ölkələrinin iclasının nəticələrindən sonra bəzi dövlətlərin neft bazarını manipulyasiya və təsir etmək səyləri ABŞ-ın dünyadakı müttəfiq və tərəfdaşları üçün etibarlı enerji tədarükçü rolunun əhəmiyyətini gücləndirir”, - deyə o bildirib.
Rusiya və Səudiyyə Ərəbistanının bazar ziddiyyətləri səbəbindən xam neftin qiymətinin kəskin ucuzlaşmasını şərh edən Ş.Hynes deyib: “Dünyanın ən böyük təbii qaz və neft istehsalçısı olan ABŞ qiymətdəki bu volatilliyə tab gətirə bilər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]