ABU-DABİ ƏMİRLİYİNİN HÖKMDARI ƏLAHƏZRƏT ŞEYX XƏLİFƏ BİN ZAİD AL NƏHYANA
Əlahəzrət,
Atanız - Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Zaid bin Sultan Al Nəhyanın vəfatı xəbərini kədər hissi ilə qarşıladıq.
Bu ağır anlarda Sizə, ailənizin bütün üzvlərinə səbr diləyir, öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 noyabr 2004-cü il.