ADAU tələbələrinin İzmir şəhərində təcrübə proqramı başlanıb
Gəncə, 26 avqust, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti tərəfindən birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində İzmir şəhərində təhsil alan bir qrup ADAU tələbəsinin istehsalat təcrübəsi başlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tələbələr 1 ay ərzində aqropark, teknopark, şirkət və firmalarla tanış olacaq, ixtisaslarına uyğun işlərdə təcrübə keçəcəklər.